Ana səhifə / Dünya / Dodonun həyat yoldaşı prokurorluğa çağırılıb

Dodonun həyat yoldaşı prokurorluğa çağırılıb

Korrupsiyada və dövlətə xəyanətdə ittiham olunan Moldovanın keçmiş prezidenti İqor Dodon həyat yoldaşı Qalinanın prokurorluğa gətirilməsi barədə məlumat yayıb. O, bu barədə özünün Telegram kanalında paylaşım edib.

Dodon qeyd edib ki, həyat yoldaşını uşaqları şahmat dərsinə apararkən küçədə saxlayıblar. Prokurorlar ona xüsusi çağırış vərəqəsi verərək qadını prokurorluğa çağırıblar. Bu isə Qalinaya qarşı ittiham irəli sürülməsi üçündür. Eks-prezident həmçinin onu da xüsusi olaraq qeyd edib ki, “çox güman ki, onu fasiləsiz izləyirlərmiş”.

O, prokurorları və hökumət rəsmilərini yaxınlarına deyil, şəxsən ona qarşı nifrətini büruzə etdirməyə çağırıb.

Xatırladaq ki, sosialistlərin keçmiş lideri, Moldovanın eks-prezidenti İqor Dodon siyasi birləşmələri qanunsuz maliyyələşdirməkdə və dövlətə xəyanətdə ittiham olunur. Mayın 26-da Kişinyov məhkəməsi Dodonun 30 sutka ev dustaqlığına buraxılması barədə qərar qəbul edib. Eks-prezidentin özü ona qarşı açılan işi respublika rəhbəri Maya Sandunun siyasi sifarişi hesab edir.

AzVision.az


Həmçinin oxuyun

Roma Papası Rusiyanı imperializmdə ittiham etdi

Roma Papası Fransisk Rusiyanı Ukraynada silahlı işğal, ekspansionizm və imperializmdə ittiham edərək, münaqişəni amansız və …