Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / Diplomatik qalmaqal: Fransa ABŞ və Avstraliyadakı səfirlərini geri çağırdı

Diplomatik qalmaqal: Fransa ABŞ və Avstraliyadakı səfirlərini geri çağırdı

Paris məsləhətləşmələr üçün ABŞ və Avstraliyadakı səfirlərini geri çağırıb. Fransa Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir ki, bu addımın səbəbi AUKUS alyansının yaranmasıdır və iki ölkənin nümayəndələri tərəfindən edilən bəyanatlardır.

Qeyd edək ki, Avstraliya daha əvvəl İngiltərə və ABŞ ilə AUKUS platforması çərçivəsində müdafiə və təhlükəsizlik sahələrində tərəfdaşlığın qurulmasını və Fransanın “Naval Group” şirkəti ilə sualtı qayıq müqaviləsindən çıxdığını elan edib. “Əsrin Müqaviləsi” adlandırılan 90 milyard Avstraliya dolları (56 ​​milyard avro) həcmində olan müqavilələr Barracuda tipli 12 hücum sualtı qayığının istehsalını nəzərdə tuturdu. Fransa Xarici İşlər Naziri Le Drian, Avstraliyanın bu addımını “arxadan vurulan zərbə” adlandırıb. Paris həm Avstraliyadan, həm də ABŞ -dan izahat gözləyir.

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …