Şənbə , Mart 23 2019
Ana səhifə / Dünya / Deputatlar “eşşək” ləqəbli sədrlərini belə qarşılayır…-FOTO+VİDEO

Deputatlar “eşşək” ləqəbli sədrlərini belə qarşılayır…-FOTO+VİDEO

Toxtaq olaq, Ermənistanda da yaltaqlıq var, amma.

Ermənistanın “eşşək” ləqəbi ilə tanınan “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Sarukyan parlamentə hər gəlişində həmin partiyanın üzvləri olan deputatlar tərəfindən xüsusi bir ritualla qarşılanır. 
Moderator.az xəbər verir ki, erməni saytlarından birinin yaydığı məlumata görə, vəzifəli, həm də varlı-hallı “eşşəy”i həyətdə, parlamentin girişində qarşılayan deputatlar onu  qucaqlayıb, bağırlarına basıb öpdükdən sonra hay-küylə düz  otağına qədər müşayiət edirlər.Erməni jurnalistlər bu məddahlıq ritualının   bir hissəsini lentə alıblar.
Xatırladaq ki, “eşşək” ləqəbi ilə tanınsa da, biznesmen, oliqarx olan Qaqik Sarukyanın Qarabağ erməniləri arasında da  böyük nüfuzu var. Çünki həm Azərbaycan torpaqlarının məskunlaşdırılması, həm də işğalçı ordunun güclənməsi üçün mütəmadi yardımlar edir. Eyni zamanda o, Robert Köçəryanla iş ortağıdır…
P.S. Deyirəm, toxtaq olaq, Ermənistanda da vara-dövlətə, vəziifəyə yaltaqlıq var… Amma o da var ki, onların yaltaqlandıqları oliqarxlar nəinki Ermənistanın, bizim torpaqlarımıza da yiyəlik edirlər….

Həmçinin oxuyun

Sudanda prezident sarayı yanıb – VİDEO

Sudanın paytaxtı Hartum şəhərində yerləşən prezident sarayında güclü yanğın olub. Bu barədə TASS agentliyi məlumat …