Cümə , İyun 21 2019
Ana səhifə / Dünya / Deputatın qızı İngiltərədə 22 milyon funt sterlinqə malikanə aldı

Deputatın qızı İngiltərədə 22 milyon funt sterlinqə malikanə aldı

Tatarıstan Respublikasından Rusiya Dövlət Dumasının deputatı Rinat Xayrovun 29 yaşlı qızı Elsina İngiltərənin Surrey qraflığının cənub hissəsində elit malikanə alıb.

Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, yerli mənbələr həmin malikanənin qiymətinin 22 milyon funt sterlinq, yaxud 1,9 milyard rubl olduğunu bildirirlər.

253061_src

Rinat Xayrov

“The Daily Mail” nəşri yazır ki, Tatarıstanın keçmiş maliyyə nazirinin qızının aldığı malikanənin sahəsi 3 hektara bərabərdir.

Evin özündə 10 yataq otağı, 15 hamam, böyük hovuz, SPA-salon, şərab zirzəmisi, kinoteatr, 6 maşınlıq qaraj var. Həyətin 1,2 hektarı isə meyvə bağıdır.

253062_srcDeputatın qızı Elsina

Mənbə əlavə edir ki, bundan öncə Elsina Londonda 10 milyon funt sterlinqə (870 milyon rubl) mənzil alıb.

Bu xəbərləri şərh edərkən deputat Xayrov deyib ki, onun qızı kifayət qədər yaşı olan qadındır və iş adamı ilə evlidir. Öz gəlirlərinin isə qızının mülkiyyətinə heç bir aidiyyatı yoxdur.

Həmçinin oxuyun

Gürcüstan Parlamentinin sədri istefa verməyəcəyini açıqlayıb

Gürcüstan Parlamentinin spikeri İrakli Kobaxidze istefa verməyəcək. APA-nın yerli bürosu xəbər verir ki, bu barədə …