Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Dünya / Deputat hökuməti ittiham etdi: – “13 milyardlıq gəlirdən Güneyə pay ayrılmır”

Deputat hökuməti ittiham etdi: – “13 milyardlıq gəlirdən Güneyə pay ayrılmır”

İran parlamentində Güney Azərbaycanı təmsil edən deputat Allahverdi Dehqani hökuməti ayrı-seçkilikdə ittiham edib.

GAMOH İdarə Heyətinin üzvü Ağrı Qaradağlının Cebhe.info-ya verdiyi məlumata görə, Vərziqan vilayətindən seçilmiş millət vəkili Süngün mis mədəninin gəlirindən Azərbaycana heç bir pay ayrılmadığını bildirib.

Onun sözlərinə görə, mədənin 13 min milyard tümənlik gəlirindən Azərbaycana ayrılan pay sıfıra bərabərdir.

Deputat sözügedən mədənin hasilatının xammal kimi İranın digər bölgələrinə göndərilməsini tənqid edib, mis ehtiyatı baxımından zəngin olan Azərbaycanda mis sənayesinin yaradılmasının zəruri olduğunu vurğulayıb.

Həmçinin oxuyun

“Paşinyan da bunu başa düşür” – Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Cənubi Qafqaz regionunda yeni nizam yaradılır və Ermənistanın …