Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Dünya / Deputat canlı yayımda karbamid yedi – VİDEO

Deputat canlı yayımda karbamid yedi – VİDEO

Gürcüstanın Acarıstan muxtar bölgəsinin Ali Sovetinin “Gürcü arzusu” hakim partiyasından deputatı Lado Mqaloblişvili canlı yayımda karbamid kimyəvi birləşməsini yeyib və bununla da onun təhlükəsizliyini sübut edib.

Karbamid, yaxud sidik cövhəri – azot tərkibli mineral gübrədir. Bu, qoxusu olmayan rəngsiz kristaldır. Karbamid ammonyakla karbon qazının sintezindən əldə edilir. Sidik cövhərindən yalnız gübrə kimi deyil, həm də bitkilərin zərərvericilərdən mühafizəsi məqsədilə istifadə edilir.

Virtualaz.org “Qruziya-Onlayn” nəşrinə istinadən xəbər verir ki, karbamidin daşınması üçün Batumi limanında mineral gübrələr terminalının tikintisi planlaşdırılır. Şəhərin bəzi sakinləri bu layihənin qəti əleyhinədirlər və onu “Batumiyə kimyəvi hücum” kimi qiymətləndirirlər. Onlar terminalın tikintisinin qadağan edilməsi tələbi ilə bir neçə piket də keçiriblər.

Batumi limanı

Mqaloblişvili etiraz edənlərə Acarıstan televiziyasının canlı efirində cavab verib. Telekanalın studiyasında aparıcı ilə yanaşı, aksiyaların təşkilatçılarından biri – Aleksandr Tevzadze də olub. Deputatın efirə canlı qoşulması vaxtı o, plastmas stəkan götürüb və stəkanın içərisindəki karbamidin bir hissəsini yeyib. Bu zaman Mqaloblişvili bildirib ki, etiraz aksiyaları “pulla tutulmuş adamlar” tərəfindən keçirilir və onları “Rusiya təbliğatının bir hissəsi” adlandırıb.

“Burada məndə sorma konfetlər var, onlar qatil adlandırırlar. Qonağınız (Aleksandr Tevzadze) bunları götürüb laboratoriyada yoxlaya bilər ki, doğrudan da karbamiddir, ya yox. Guya ki, bu sorma konfetlər insanları öldürür. Budur, lap gözünüzün qabağında…”, – deyərək Mqalobişvili qranulaları yeyir.

Kimyəvi maddəni udandan sonra deputat çıxışını davam etdirib. O, etiraz aksiyalarının iştirakçılarını yalan danışmaqda ittiham edib və deyib ki, aksiya iştirakçılarının iddiasına görə, yeni terminaldan başqa kimyəvi maddələrin də daşınması üçün istifadə olunacaq.

“Bu, dolayı yolla Rusiya təbliğatıdır, bunlar pulla alınmış adamlardır… Budur, bu, Batumidə daşınması üçün terminal tikilməli olan maddədir. Mən onu canlı efirdə yedim. Söhbət yalnız daşınmadan gedir, başqa heç nə”, – Mqaloblişvili deyib.

Karbamid terminalının tikintisinin əleyhinə növbəti etiraz aksiyası bu gün keçirilməlidir.

Batumidə karbamidin daşınması üçün terminalın tikilməsində məqsəd Azərbaycanda istehsal edilən bu maddənin həmin liman vasitəsilə Asiya və Avropa ölkələrinə daşınmasıdır. Gözlənildiyinə görə, yeni terminal yük dövriyyəsini 200 min ton artıracaq. Tikintinin yaz aylarında başlanması gözlənilir. Amerikanın “Trammo” korporasiyası layihənin həyata keçirilmsi üçün 20 milyon dollar vəsait ayırıb.

Həmçinin oxuyun

Pakistan Fransaya nota verdi

Pakistanın Xarici İşlər Nazirliyi Fransanın İslamabaddakı səfirliyinə Parisdəki antiislam kampaniyası ilə əlaqədar etirazını bildirib. Azinforum.az …