Albaniya parlamentində qalmaqallı hadisə baş verib.
Xarici KİV-lər xəbər verir ki, baş nazir Edi Ramanın büdcə müzakirələrindəki çıxışı müxalifətdə olan deputatların etirazına səbəb olub.
Endri Hasa adlı deputat tribunaya yaxınlaşaraq baş nazirin sifətinə yumurta çırpıb. Bundan sonra parlamentdə gərginlik yaşanıb. Parlamentin iclası yarımçıq dayandırılıb.
Azvision.az