Ana səhifə / Dünya / Davudoğludan dövlət çevrilişinə cəhd barədə açıqlama – “Bir neçə ay qabaq hamısını…” – VİDEO

Davudoğludan dövlət çevrilişinə cəhd barədə açıqlama – “Bir neçə ay qabaq hamısını…” – VİDEO

Türkiyənin keçmiş Baş naziri Əhməd Davudoğlu 2016-cı ildə Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhddən danışıb. 
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Əhməd Davudoğlu verdiyi yeni açıqlamasında Türkiyədə 2016-cı ilin iyul ayında baş tutan dövlət çevrilişinə cəhd barədə danışıb.
O bildirib ki, Baş nazir olaraq vəzifəsinə davam etsəydi hər şey fərqli olacaqdı:
“Prezidentlə bir neçə ay qabaq, 2015-cı ilin avqust ayında həyata keçirdiyimiz iclasda dövlət çevrilişinə cəhdi planlayan hərbçilərin hamısını vəzifəsindən uzaqlaşdıracaqdıq. Ancaq bu baş tutmadı”.
Keçmiş Baş nazir AKP-dən istefa səbəbi barədə də danışıb. O, AKP-nin bəzi üzvləri ilə fikir ayrılıqları yaşadığı üçün istefa etdiyini bildirib.

Həmçinin oxuyun

Çaxalyan Gürcüstan vətəndaşlığından məhrum edildi

Erməni separatçı hərəkatının lideri Vaaqn Çaxalyan Gürcüstan vətəndaşlığından məhrum edilib. Bu barədə Virtualaz.org-a Gürcüstan Baş …