Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / “Daşnaksütyun”un rəsmisi: “Paşinyan satqındır”

“Daşnaksütyun”un rəsmisi: “Paşinyan satqındır”

“Ermənistanda 16 müxalifət partiyası tərəfindən yaradılan “Vətənin qurtuluşu üzrə hərəkatı” hökumətin istefası üçün mübarizəsini davam etdirəcək”.

“Report” “Sputnik Ermənistana”a istinadən xəbər verir ki, bunu “Daşnaksütyun”un rəsmisi İşxan Saqatelyan deyib.

Siyasətçi müxalifət tərəfdarlarına hakim partiyadakı bütün millət vəkillərinə etirazlarını bildirmələri ilə bağlı çağırış edib:

“Satqına (Nikol Paşinyan – Red) dəstək olmaq da satqınlıqdır. Qonşularınız, qohumlarınız və dostlarınıza izah edin ki, Ermənistanın qurtuluş yolu yalnız bu satqının istefasıdır. Onsuz nə təhlükəsizlik, nə də rifah olacaq”.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …