Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / Danimarka kraliçası sevgililər günü yasa boğuldu – Əri vəfat etdi

Danimarka kraliçası sevgililər günü yasa boğuldu – Əri vəfat etdi

Danimarka kraliçası II Marqretenin həyat yoldaşı şahzadə Henrik vəfat edib.
84 yaşlı şahzadənin ölüm xəbərini Kral Sarayının mətbuat xidməti verib.
“Zat Aliləri şahzadə Henrik 13 fevral tarixində Fredensborq sarayında dünyasını dəyişib. Ailəsi onun yanında olub”,-məlumatda belə deyilir.
Bir müddət əvvəl Henrikin vəziyyəti pisləşdiyi üçün 28 yanvar tarixində xəstəxanaya yerləşdirilmişdi. Onun sağ ağ ciyərində xoşxassəli şiş aşkar edilmişdi. Şahzadə müalicə olunmaq üçün xəstəxananın digər bölməsinə köçürülmüşdü. 2017-ci ilin payız ayından isə şahzadə demensiya xəstəliyindən əziyyət çəkir.
Kraliça II Marqrete 1940-cı ildə anadan olub. Həyat yoldaşı ilə 1960-cı illərin ortalarında İngiltərədə tanış olub. Marqrete London iqtisadiyyat məktəbində təhsil alıb. Cütlük ilk dəfə ümumi dostların kampaniyasında görüşüb. Növbəti görüş 1966-cı ilin yaz aylarında, Şotlandiyadakı toy mərasiminə təsadüf edib. Kraliça burada aşiq olduğunu anlayıb. Cütlük 1967-ci ilin yay aylarında evlənib. İki oğul, 8 nəvələri var.(ölkə.az)

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …