Cümə axşamı , Avqust 5 2021
Ana səhifə / Dünya / Daha bir ölkədə daşqın fəlakəti – 11 nəfər öldü + Video

Daha bir ölkədə daşqın fəlakəti – 11 nəfər öldü + Video

Belçikanın cənubunda son 20 ilin ən güclü daşqını nəticəsində 11 nəfər həyatını itirib.

Bu barədə “Qafqazinfo” RTBF telekanalına istinadən xəbər verir.

Məlumata görə, qayıqları palçıqlı axında çevrilən üç xilasedici itkin düşmüş hesab olunur.

Belçikanın cənubunda yerləşən Valloniya bölgəsində daşqın çərşənbədən cümə axşamına keçən gecə başlayıb, vəziyyət tez bir zamanda pisləşib. Son sutkada ölkədə aylıq normadan 1,5 dəfə artıq yağıntı düşüb.

Valloniyada onlarla yaşayış məntəqəsi tamamilə su altında qalıb. Xüsusilə Lyej, Limburq əyalətləri zərər çəkib. Şəhərlərin küçələrində suyun səviyyəsi 50-60 santimetrə, bəzən isə 1 metrə çatır. 20-dən çox ev palçıqlı axın nəticəsində dağılıb. Xilasedicilər insanları evakuasiya etmək üçün mühərrikli qayıqlar və vertolyotlardan istifadə edirlər.

Almaniyada isə daşqın qurbanlarının sayı 58 nəfərə çatıb.

https://ok.ru/videoembed/2650176359018



Həmçinin oxuyun

Ermənistanda qalmaqal: Yeni spiker fahişəliyin leqallaşdırılmasını dəstəkləyib

Ermənistan parlamenti dünənki iclasında yeni spikeri təsdiq etdi. Belə ki, “Vətəndaş müqaviləsi” partiyasının üzvü Alen …