Bazar ertəsi , Yanvar 17 2022
Ana səhifə / Dünya / Daha bir ölkə Pekin olimpiadasını boykot edib

Daha bir ölkə Pekin olimpiadasını boykot edib

Kanada 2022-ci ildə Pekində keçiriləcək Olimpiya Oyunlarının diplomatik boykotuna qoşulacaq.

“Report” “CBC News”a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Castin Trüdo bəyan edib.

Kanada bu qərarı Ottavanın Çində insan hüquqlarının pozulması ilə bağlı narahatlığına cavab olaraq qəbul edib.

Beləliklə, ölkə rəsmiləri Pekinə səfər etməyəcəklər, lakin kanadalı idmançılar beynəlxalq yarışlarda mübarizə apara biləcəklər.

Bundan əvvəl Böyük Britaniya və Avstraliya da diplomatik boykota qatılıb.

Həmçinin oxuyun

Ermənistanın müdafiə naziri keçmiş mətbuat katibi ilə evlənir – Foto

Ermənistan Müdafiə Nazirliyinin rəhbəri, baş nazirin keçmiş müavini, ərazi inkişafı və infrastrukturun keçmiş naziri Suren …