Cümə , Oktyabr 30 2020
Ana səhifə / Dünya / Daha bir jurnalist qətli- Evində ölü tapıldı

Daha bir jurnalist qətli- Evində ölü tapıldı

Tanınmış ingilis radio aparıcısı Gavin Ford Livandakı evində ölü tapılıb.

Publika.az xəbər verir ki, Beyrutdakı radioların birində çalışan aparıcının ölümü ilə bağlı İngiltərə səfirliyi açıqlama verib.

Bu barədə yerli “An-Nahar” qəzeti yazıb. “Radio One” əməkdaşları radioaparıcı işə gəlmədiyi və həmkarlarının çoxsaylı zənglərinə cavab vermədiyi üçün yerli hakimiyyət orqanlarına müraciət ediblər.

Nəşrin məlumatına görə, aparıcının boğulmadan öldüyü, bununla belə əllərinin bağlı olduğu müəyyən edilib.

Həmçinin qeyd edilib ki, onun avtomobili oğurlanıb.

Hazırda qətlin motivləri və cinayətkarın şəxsiyyəti müəyyən edilməyib, təhqiqat aparılır.

Ford yerli “Radio One” radiostansiyasında 1995-ci ildən işləyib.

Səfirlik jurnalistin müəmmalı ölümünü nəzarətə götürdüklərini, ciddi araşdırmaların aparılacağına ümid etdiklərini bəyan edib.

Həmçinin oxuyun

Dünyada koronavirusa yoluxanların sayı 45 milyon nəfəri ötdü

Dünyada COVID-19-a yoluxma hallarının sayı 45 milyonu keçib. Bu barədə “Report” ayrı-ayrı ölkələrin statistikasına istinadən …