Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Dünya / Dəniz sahilində tapılan bu canlı hər kəsi qorxutdu

Dəniz sahilində tapılan bu canlı hər kəsi qorxutdu

ABŞ-ın Corciya ştatının sahillərində dinozavrların dövründə mövcud olmuş pleziozavra bənzəyən dəniz canlısı aşkar edilib.

Sputnik Azərbaycan bu barədə The Daily Mail-ə istinadən xəbər verir.

Məlumata əsasən, ABŞ vətəndaşı Ceff Uorren oğlu ilə birlikdə qayıqla gəzərkən qeyri-adi sahildə dəniz canlısının cəsədinə rast gəlib.

Ceff Uorrenin sözlərinə görə, canlı Loxness bədheybətinə və pleziozavra çox oxşayır. Onun uzun boynu, balaça kəlləsi var.

ABŞ-ın Balıq resursları və vəhşi heyvanların mühafizəsi xidmətinin şefi Den Eş isə bildirib ki, hərdən köpək balığının leşi pleziozavr kimi qəbul edilir.

Həmçinin oxuyun

“Paşinyan da bunu başa düşür” – Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Cənubi Qafqaz regionunda yeni nizam yaradılır və Ermənistanın …