Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / Dəniz Baykalın 72 saat sürən həyati təhlükəsi sovuşub

Dəniz Baykalın 72 saat sürən həyati təhlükəsi sovuşub

Dəniz Baykal dünənki vəziyyətinə görə bu gün daha yaxşıdır.

Musavat.com xəbər verir ki, bu haqda D.Baykalın nəzarətdə olduğu xəstəxanadan açıqlama verilib.

Bu gün səhər xəstəxanada həkimlər tərəfindən refleksləri yoxlanılan və beyin rentgeni edilən D.Baykalın vəziyyətinin dünənə görə daha yaxşı olduğu bildirilib. Beyninə gedən damarlardan birində tıxanıqlıq olduğu aşkar edilən və 3 gün içərisində 4 dəfə əməliyyat olunan D.Baykal 72 saat sürən həyati təhlükəni keçib.

Müayinəsinə yuxuladılaraq davam edilən D.Baykal bu gün səhər saat 08:45-də rentgenə girib. Günorta saatlarında isə Ankara Universitetinin rektoru professor dr. Erkan İbiş toplantı keçirərək dgər həkimlərlə D.Baykalın durumunu dəyərləndirib.

Картинки по запросу professor dr. Erkan İbiş hastanede

Professor dr. Erkan İbiş

Artıq xəstəxanaya D.Baykalı ziyarət etməyə də gəlirlər. Səhər saatlarında xəstəxanaya Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq naziri Əhməd Eşref Fakıbaba, Şişli bələdiyyə sədri Mustafa Sarıgül və AKP-nin sədr müavini Cevdet Yılmaz gələrək, D.Baykalın ailəsinə “keçmiş olsun” diləklərini çatdırıb. Daha sonra xəstəxanada həkimlərlə söhbət edərək D.baykalın durumu ilə bağlı məlumat alıblar.

Deniz Baykal 72 saatlik kritik süreci atlattı

Dəniz Baykalın hazırkı durumu ilə bağlı Türkiyənin səhiyyə naiziri də danışıb. D.Baykalın müalicəsinin davam etdiyini qeyd edən səhiyyə naziri hər şeyin yaxşı olacağını deyib: “Gözlədiyimiz nəticələr yaxşı oldu və inşallah daha da yaxşı olacaq. Hazırda beyninin yatızdırılması davam edir. Bu, onun beyninin istirahət etməsi üçün əlverişlidir. Hazırda həyati təhlükəsi yoxdur. Lakin başqa bir yeni və özəl bir irəliləmə də yoxdur. İnşallah hörmətli Dəniz Baykal bu krizdən çıxacaqdır”

Картинки по запросу Bakan Demircan

Ankara Universitetinin rektoru Erkan İbiş bütün prosesə D.Baykalın oğlunun da qatıldığını qeyd edib: “Heç bir pis vəziyyət yoxdur, ümidləndirici əlamətləri var, D.Baykalın oğlu da bütün qərarvermə prosesində iştirak edir. Qanaxma çox ağır olmuşdu, amma son 24 saatda bu nəticələrdə heç bir mənfi irəliləyiş olmadığını paylaşmaq istəyirəm. Çox şükürlər olsun ki, hər şey qaydasındadır”.

 

Həmçinin oxuyun

Simonyan Rusiyaya işğalçı dedi – Moskvadan qorxaq cavab 

Alen Simonyan bütün ağlasığmaz sərhədləri keçib. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının …