Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Dünya / Dəmirə bağlanan iki uşaq xilas edildi – VİDEO

Dəmirə bağlanan iki uşaq xilas edildi – VİDEO

Türkiyənin Osmaniyə vilayətində yaşayan suriyalı ailə övladlarını cəzalandırmaq üçün onların əllərini dəmirə bağlayaraq köməksiz vəziyyətdə saxlayıblar.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, azyaşlılara qarşı zorakılığı görən ətrafdakı sakinlər dərhal bununla bağlı polisə şikayət ediblər. Hadisə yerinə gələn polis 3 yaşlı Əhməd ilə 5 yaşlı Reqadın əllərini açıb.

Baş verən hadisə ilə əlaqədar olaraq valideynlər saxlanılıb, onların ifadələri alınıb. Valideynlərin sözlərinə görə, övladları onların sözünü dinləmədiyi üçün bu üsula əl atdıqlarını deyiblər. Təxminən 1 saatadək əlləri dəmirə bağlı saxlanılan azyaşlılar daha sonra xəstəxanaya aparılıb.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …