Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Dünya / Dəfn mərasimində ehsan yeyib öldülər

Dəfn mərasimində ehsan yeyib öldülər

Dəfn mərasimində ehsan yeyən 9 nəfər ölüb. 

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, hadisə Peruda baş verib. Ölənlərin dəfndə verilən yeməkdən zəhərləndiyi bildirilir.

Məlumata görə, eyni yeməkdən yeyən 20 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb.

Onların dəfn mərasimində ət xörəyi ilə mayalanmış qarğıdalı yediyi məlum olub.

Hadisə ilə bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Gürcüstan parlamenti ilk oxunuşda “rus qanunu”nu qəbul etdi

Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib.83 deputat “lehinə” səs …