Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Dünya / Dəniz Baykaldan son məlumat: “Ayağa qalxa bilir, amma…” – VİDEO

Dəniz Baykaldan son məlumat: “Ayağa qalxa bilir, amma…” – VİDEO

Türkiyədə günlərdir ki, həkim nəzarəti altında saxlanılan sabiq CHP sədri Dəniz Baykalın son sağlıq durumu ilə bağlı həkimi mətbuata geniş açıqlama verib.

Ankara Universitetinin rektoru Erkan İbiş siyasətçinin səhhətinin yaxşıya doğru getdiyini, yardım ilə ayağa qalxa və rahat şəkildə otura bildiyini açıqlayıb.

47 gündür ki, Ankara Universitetinin İbn Sina Xəstəxanasında müalicə alan D.Baykalın səhhəti ilə bağlı danışan Erkan İbiş onun vəziyyətinin hər gün daha da irəliyə getdiyini açıqlayıb: “Dəniz bəyin ümumi olaraq vəziyyəti çox yaxşıdır. Hər gün daha da yaxşı olur. Burada həkimlərin köməyi ilə ayağa qalxa və rahat şəkildə otura bilir. Baş, boyun, əl, qol, ayaq hərəkətləri öncəki həftəyə nisbətən daha da yaxşı olub. Hazırda D.Baykala fiziki müalicə və reabilitasiya tətbiq edilir. Ailəsinin də istəyi ilə önümüzdəki həftələrdə bu prosedurlar üçün Almaniyaya da gedəcək. Orada da daha yaxşı fiziki müalicənin tətbiq olunacağını düşünürük”.

Картинки по запросу Doktoru Sevindiren Haberi Verdi: Deniz Baykal Ayakta Durabiliyor

Erkan İbiş onun Almaniyaya getməsi üçün artıq müraciət etdiklərini də qeyd edib: “Məsələ ilə həmin Mərkəzi Klinikaya müraciət etmişik. Onlardan cavab gözləyirik. Cavab gələn kimi D.Baykal Almaniyaya yola düşəcək və müalicəsinə orada davam edəcək”.

Dəniz Baykal professor Erkan İbiş vasitəsilə media işçilərinə, vətəndaşlara və ona yardım edən bütün xəstəxana işçilərinə təşəkkür edib və salam göndərib. Son olaraq E.İbiş Dəniz Baykalın Almaniyaya gedəcəyi təqdirdə, orada 2 ay müddətində müalicə alacağını açıqlayıb.

Qeyd edək ki, Dəniz Baykal bu ilin oktyabr ayında vəziyyəti pisləşərək, komaya düşmüşdü. O, hazırda 47 gündür ki, həkim nəzarəti altında saxlanılır.Musavat.com

Həmçinin oxuyun

Bayden ABŞ tarixində ilkə imza atdı

Demokrat Cozef Bayden ABŞ tarixində prezident seçkilərində 80 milyondan çox səs toplayan ilk namizəddir. Bir …