Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Dünya / Dəfndə musiqiçini tabutdan çıxarıb soyundurdular – VİDEO

Dəfndə musiqiçini tabutdan çıxarıb soyundurdular – VİDEO

Qəzada həlak olmuş DJ Arafat və Arafat Muana kimi tanınan Anj Didye Xuonun dəfn mərasimində qəribə olaylar yaşanıb.

Sputnik Azərbaycan bildirir ki, diceyin pərəstişkarları tabutu açaraq musiqiçinin meyitini çıxarıb, soyundurub, şəkillərini çəkiblər. BBC News-un məlumatına görə, onlar diceyin gerçəkdən öldüyünə əmin olmaq istəyiblər.

​Qeyd edilir ki, qəbristanlığa diceyin minlərlə pərəstişkarı gəlib. Polis onları qovmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Hadisə Kot-d`İvuarın Abican şəhərində baş verib. Bir gün əvvəl isə bu şəhərdə DJ Arafatın xatirəsinə həsr olunmuş konsert təşkil edilib.

“Məzarın bağlanmasından öncə öz kumirimizin bədəninə baxmaq istəyirdik”, – hadisə iştirakçılarından biri jurnalistlərə deyib.

Anj Didye Xuon avqustun 12-də Abicanda qəzaya düşüb. O, motosikllə gedərkən maşına çırpılıb. Reanimasiyaya yerləşdirilsə də, həyatını qurtarmaq mümkün olmayıb. 33 yaşlı dicey fransızdilli ölkələrdə ən populyar afrikalı artist hesab edilir.

Həmçinin oxuyun

“Elə bilirdik ki, ordumuz güclüdür, amma…” – Erməni biznesmenin etirafları

Erməni cəmiyyəti ayılmağa başlayıb, xalq artıq ölkə rəhbərliyinin nağıllarına inanmır.Bunu “Əl-Cəzirə” telekanalına müsahibə verən Ermənistan …