Çərşənbə axşamı , İyun 25 2019
Ana səhifə / Dünya / “Çoxlu qan töküləcək” – Ərdoğan dəhşətli təhlükənin anonsunu verdi

“Çoxlu qan töküləcək” – Ərdoğan dəhşətli təhlükənin anonsunu verdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın İdlib bölgəsində keçirilən əməliyyatların humanitar böhrana gətirib çıxaracağını bildirib.

Türkiyə prezidenti bunun nəticəsində yeni miqrant dalğasının yaranacağını qeyd edib.

“Orada 3,5 milyon insan var. Rusiya və ABŞ məsuliyyəti bir-birinin üzərinə atırlar. Əgər raketlər bu əraziyə düşərsə o zaman çoxlu qan töküləcək, Türkiyəyə miqrantların yeni axını başlayacaq”, – deyə Ərdoğan söyləyib.

O həmçinin Rusiya, Türkiyə və İranın əməkdaşlığının bu məsələdə nəticə göstərəcəyini qeyd edib. Ərdoğan bunun üçün sentyabrın 7-də Tehranda keçiriləcək sammitə böyük ümid bəslədiyini bildirib. Türkiyə lideri bu sammitlə Əsəd rejiminin göstərdiyi aqressiyanın qarşısının alınacağına ümid edir.

Xatırladaq ki, ABŞ tərəfi bundan əvvəl Rusiyanı Əsəd rejimini dəstəkləməməyə və İdlibə hücum etməməyə çağırıb. Lakin Rusiya hava zərbələri endirərək ABŞ-ın məsələnin həllində yardımçı olmadığını söyləyib.

Qeyd edək ki, Əsəd rejimi Rusiyanın terrorçulara qarşı əməliyyat keçirmək adı ilə İdlibi bombalamasından yararlanıb.

Buna görədir ki, Suriya ordusu da həmin əraziyə hava zərbələri endirməyə başlayıb (Modern.az).

Həmçinin oxuyun

Ərdoğan təşəkkür etdi – Binəli Yıldırım ağladı (FOTO+VİDEO)

Prezident Rəcəb Tayyib Ərdoğan Binali Yıldırıma təşəkkür edib.  Unikal.org xəbər verir ki, Ərdoğan 23 İyun İstanbul …