Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / Çoxarvadlı müsəlmanlar üçün xüsusi otellər açıldı- Xristian ölkəsində…

Çoxarvadlı müsəlmanlar üçün xüsusi otellər açıldı- Xristian ölkəsində…

İtalyanın Florensiya  şəhərində 15 otel öz otaqlarını müsəlman müştərilərin ehtiyaclarına uyğunlaşdırıb.
Moderator.az – ın xarici İslam saytlarına istinadla verdiyi xəbərə görə, həmin mehmanxanalarda xüsusən bir neçə xanmıyla birgə tətil edən kişilər nəzərə alınıb.
Otaqlarda soyuduculardan alkoqollu içkiler çıxarılıb və bunların yerinə halal  içkilər düzülüb. Hər otaqda ibadət xalçaları və qiblənin-  Məkkənin istiqamətini doğru müəyyən etmək üçün kompas var.
Qeyd edək ki, bu cür otellər Florensiyanı müsəlman turistlər üçün daha cazibədar etmək məqsədilə qurulub. Son araşdırmalara görə, Səudiyyə vətəndaşları hər gəlişlərində bu şəhərin otellərində on mindən  yüz min avroyadək pul xərcləyir.
Bundan əlavə, Florensiyada İtaliyada ilk dəfə müsəlman qadınlar üçün idman zalı da açılıb.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …