Bazar ertəsi , May 23 2022
Ana səhifə / Dünya / “Çox qan töküləcək, milyonlarla qaçqın olacaq” – NAZİR

“Çox qan töküləcək, milyonlarla qaçqın olacaq” – NAZİR

Ukraynanın müdafiə naziri Aleksey Reznikov bildirib ki, Rusiyanın ölkəyə müdaxiləsi bütün Avropa üçün fəlakətə çevriləcək.

“Çox qan olacaq, qaçqınlar olacaq, bu, Avropa üçün fəlakət olacaq. Axı bu müharibə təkcə Ukraynanın şərqində baş vermir. O, Avropanın şərqinə doğru irəliləyir… Bəli, bu, təkcə Ukrayna üçün deyil, Avropa üçün də fəlakət olacaq, çünki Ukrayna ilə Polşa sərhədində və ya, bəlkə də, Almaniya və Polşa sərhədində bir neçə milyon miqrant və ya qaçqın olacaq. Mən bunu tamamilə ciddi deyirəm”, – müdafiə naziri BBC-yə müsahibəsində bildirib.

Reznikov qeyd edib ki, təcavüz “ruslar üçün çox, çox çətin olacaq, ona görə də indi hər şeyi sülh yolu ilə həll etmək vacibdir”.

Həmçinin oxuyun

İranda Heydər Əliyev Mərkəzinin oxşarı tikildi – Fotolar

Bakıdakı dünyaca məşhur Heydər Əliyev Mərkəzinin oxşarı İranda inşa olunub. Milli.Az bildirir ki, İrandakı oxşar …