Çərşənbə , Noyabr 14 2018
Ana səhifə / Dünya / Çox arvad almaq asanlaşdırıldı…- Rəsmi

Çox arvad almaq asanlaşdırıldı…- Rəsmi

Zinakarlıq, fahişəlik edib qamçılanmaq, daş-qalaq olunmaq, odda yanmaq yaxşıdır, yoxsa kəbinlə çox arvad almaq?..

Malayziyanın Perak əyalətinin hakimiyyəti ailələrinin genişləndirilməsində əsas maneəni aradan qaldıraraq çoxarvadlı kişilərin həyatını sadələşdirməyə qərar verib. Moderator.az yazır ki, bu haqda “Business Insider” xəbər yayıb.

Əvvəllər Perakda 2004-cü ildə qəbul edilmiş qanun qüvvədə idi ki, həmin qanuna əsasən, bir müsəlman kişinin ikinci arvad alması üçün onun ilk həyat yoldaşı şəriət məhkəməsinə gələrək ərinin növbəti evliliyinə razı olduğunu təsdiqləməliydi. Əlbəttə ki, birinci həyat yoldaşını ailəyə ikinci arvad gəlməsini qəbul etməsinə razı salmaq istənilən kişi üçün asan məsələ deyil. Bunu nəzərə alan Malayziya hökuməti çoxarvadlı ərlərin vəziyyətini yüngülləşdirmək qərarına gəlib.

Hökumət nümayəndəsi Asmuni Avinin sözlərinə görə, bundan sonra növbəti arvad almaq məsələsində məhkəmələrin “əli” ilk həyat yoldaşının iştirakı ilə bağlı qalmayacaq.

“Dəyişikliklər məhkəməyə öz qərarı ilə hərəkət etmək hüququ verəcək – kişinin birinci xanımını çağırmaq və ya çağırmamaq qərarını hakimlər özləri vəziyyətə uyğun olaraq təyin edəcək”, – deyə hakimiyyət nümayəndəsi rəsmi açıqlamasında bildirib.

Qeyd edək ki, Malayziya qanunlarına əsasən, bir müsəlman kişinin eyni zamanda 4 qadınla nikahda olaraq yaşamaq hüququ var.

P.S. Yenə bir çox xanımlar, eləcə də həyat yoldaşlarına çox sadiq olan və ya əksinə, “gəzməkdə”, yəni zinakarlıq etməkdə peşəkar olan kişilər ağızlarını büzəcəklər ki, əşşi, çoxarvadlılıq düzgün deyil. Öncələr də demişik, yenə də təkrar edirik. Əvvəla, kişinin bir sıra ciddi və çətin tələblər qarşılığında eyni vaxtda 4 arvad almaq haqqı Allah-Təala tərəfindən Qurani-Kərim vasitəsilə buyurulub. Odur ki, Allaha baş əyən buna ağız əyə bilməz. İkincisi də həm qadınlara, həm kişilərə sual edirik: ərin arvadına yalan danışa-danışa, qorxa-qorxa gedib orda-burda özgə qadınlarla “gəzməyi”, xəstəlik-filan tutmağı, günaha batmağı yaxşıdır, yoxsa açıq, səmimi şəkildə, kəbin-filanla 2-ci, 3-cü arvad saxlamağı?.. Özü də çoxarvadlılıq qadın fahişəliyinin, alverinin, nikahsız, vələdüzzina övladların da qarşısını kifayət qədər alan bir amildir…

Üçüncüsü də, zinakarın bu dünyada qamçılanmaq, çubuqla döyülmək, daşqalaq olunmaq, o dünyada odda yanmaq cəzası varsa, çoxarvadlı, əksinə, hər iki dünya üçün savab qazanır…

VIPedu.BIZ

Həmçinin oxuyun

Lavrovla Peskovu Putinin yanına buraxmadılar – Video

Rusiyanın Xarici işlər naziri Sergey Lavrovla prezidentin mətbuat katibi Dmitri Peskov Sinqapurda gözləmədikləri rəftarla üzləşiblər. …