Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / Corc Floydu öldürən polisə 22 illik həbs cəzası verildi

Corc Floydu öldürən polisə 22 illik həbs cəzası verildi

ABŞ-da sabiq polis əməkdaşı Derek Şovin afroamerikalı Corc Floydun qətlinə görə həbs edilib.

Məhkəmənin qərarı ilə o, 22,5 il müddətinə azadıqdan məhrum edilib.

Xatırladaq ki, hadisə 2020-ci ilin 25 mayında olub. Polis əməkdaşı Derek Şovin afroamerikalı Corc Floydu həbs edərək, boğucu üsul tətbiq edib. Floyd bundan az sonra ölüb. Hadisədən 1 gün sonra Şovin və afroamerikalının həbsində iştirak edən daha üç polis işdən çıxarılıb.

Bundan sonra ölkədə kütləvi etirazlar və qarışıqlıqlar olub. İctimai asayişi bərpa etmək üçün hüquq-mühafizə orqanlarına ABŞ-ın milli qvardiyası da qoşulub. Vaşinqton və Nyu-York da daxil olmaqla, təxminən 40 şəhərdə komendant saatı tətbiq olunub. 

Corc Floydu öldürən polisə 22 illik həbs cəzası verildi

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …