Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Dünya / Con Boltonun Türkiyə səfərinin məqsədləri bəlli oldu

Con Boltonun Türkiyə səfərinin məqsədləri bəlli oldu

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Türkiyəyə gəlir.

Bolton bu haqda “Twitter” hesabında paylaşım edib.

O, qeyd edib ki, yanvarın 5-də Türkiyə ilə müzakirələr aparmaq üçün İsraili tərk edəcək: “Biz bu görüşdə ABŞ hərbi qüvvələrinin Suriyadan çəkilməsini müzakirə edəcəyik. Bununla yanaşı, İŞİD-lə mübarizəni sona çatdırmaq və bu kimi təşkilatların yenidən yaranmasını önləmək üçün müzakirələrimiz olacaq”.

“Əlbəttə bütün bunların həlli üçün biz bir ittifaq halında çalışmalıyıq. Həmçinin, bununla biz İranın bölgədəki düşməncəsinə niyyətlərinin qarşısını da almağa çalışacağıq” – deyə C.Bolton bildirib. (Sputnik)

Həmçinin oxuyun

Ermənistan prezidenti Brüsselə gedib

Ermənistan prezidenti Armen Sarkisyan Brüsselə yola düşüb. Bu barədə TASS xəbər verir. Səfər zamanı Dağlıq …