Çərşənbə axşamı , Yanvar 25 2022
Ana səhifə / Dünya / CNN-in prodüseri uşaqlara qarşı cinayətdə şübhəli bilinir

CNN-in prodüseri uşaqlara qarşı cinayətdə şübhəli bilinir

CNN telekanalının keçmiş prodüseri uşaqlara qarşı cinayət faktı ilə bağlı təhqiqat altındadır. Bu barədə NBC News-un məlumatında deyilir.
İlkin məlumatlara görə, cinayət Virciniya ştatının Feyrfaks şəhərində baş verib. Şübhəli şəxs Rik Selibeydir.
“Keçmiş baş prodüser Polis Departamentinin Ağır İşlər Şöbəsinin Uşaq İstismar Şöbəsinin polis əməkdaşları tərəfindən istintaqa cəlb olunub”, – məlumatda deyilir.
Nəşr digər məsələlərlə yanaşı, qurbanlarının uşaqlar olduğu iddia edilən cinayətlərlə bağlı CNN telekanalının digər keçmiş əməkdaşına da iddiaların olduğunu bildirir.
Hələlik ətraflı məlumat verilmir.

Həmçinin oxuyun

“Prezidentin istefası iqtidara sürpriz oldu” – Köçəryan

“Ermənistan prezidentinin istefası hakim “Vətəndaş müqaviləsi” üçün sürpriz oldu”.  Bu barədə erməni deputat, parlamentdə müdafiə …