AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çinin cənubundakı Quandun əyalətinin nümayəndəsi Çju Leyuy təklif irəli sürüb. Bu təklif yaxın vaxtlarda Milli Xalq Konqresinin illik sessiyasında müzakirə olunacaq.

“İki uşaqla bağlı qanundan gözləntilərlə real effekt arasında böyük fərq var. O, əhali sayının sürətlə artmasına gətirib çıxarmayıb, əksinə, doğum səviyyəsinin azalmasına səbəb olub”, – Ç.Leyuy bildirib.

Çinin Dövlət Statistika Bürosunun məlumatına görə, 2017-ci ildə Çində 17,23 milyon uşaq dünyaya gəlib. Bu, 2016-cı illə müqayisədə 630 min uşaq azdır.