Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Dünya / Çindən kənarda koronavirusa yoluxanların sayı 6 mini ötüb

Çindən kənarda koronavirusa yoluxanların sayı 6 mini ötüb

Son sutka ərzində Çindən kənarda koronavirusa 1,3 mindən artıq yeni yoluxma halı qeydə alınıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb. Bildirilib ki, Çindən kənarda 53 ölkədə yeni növ koronavirusa yoluxanların sayı 6009 nəfərə çatıb.

Bundan əlavə, sutka ərzində koronavirusdan 19 nəfər ölüb və ölüm hallarının sayı 86-ya çatıb.

Qeyd edək ki, Çində yeni növ koronavirusa 79,8 min nəfər yoluxub, onlardan 2870 nəfəri ölüb, 41,8 mindən çoxu isə sağalıb. Azvision.az

Həmçinin oxuyun

İranın yüksək rütbəli zabiti İraqda öldürüldü – KİV

“RT Arabic” telekanalı İraqdakı mənbələrinə istinadən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirlərindən biri Müslüm …