Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Dünya / Çin türkləri belə məhv etmək istəyir

Çin türkləri belə məhv etmək istəyir

Çində Şərqi Türküstan Universitetinin ətraf ərazilərində uyğur türkçəsi ilə yazılan nəqliyyat lövhələrinin üzəri örtülüb.

Axar.az xəbər verir ki, bu barədə jurnalistlərə sözügedən universitetin tələbələri məlumat verib. İddiaya görə, Çin polisi bu yaxınlarda huy müsəlmanlarına aid məscidlərdən birinə basqın edərək xeyli sayda insanı həbs edib:

“Səhərdən axşama qədər, gecə yatmazdan əvvəl hər an izlənirik. Qaçmaq imkansızdır. İnancımızın müalicəyə ehtiyacı olan virus olduğunu deyirlər”.

Türküstan TV-nin məlumatına görə, Çində insan hüquqlarının pozulmasını sübut edən foto və videoları yayan 45 jurnalist cəsusluq və dövləti parçalamaq ittihamı ilə saxlanılıb. Sözügedən jurnalistlərin işgəncə verilərək dindirildiyi bildirilir.

Çinin Şərqi Türküstan ərazisində yoxsulluqla mübarizə və işlə təmin etmək adı ilə yeritdiyi siyasət nəticəsində 103 nəfər müxtəlif bölgələrə sürgün edilib. Daha 3000 nəfərin də sürgünə göndəriləcəyi qeyd edilir.

Həmçinin oxuyun

Ankaradan Qahirəyə sərt reaksiya: “Misirin vəzifəsi terrora xidmət etmək deyil”

Suriyada terrorla mübarizədə şəhidlər verən, 4 milyona yaxın suriyalı miqranta qucaq açan Türkiyəyə qarşı bu …