Ana səhifə / Dünya / Çempionun baş tutmayan evliliyi (FOTO)

Çempionun baş tutmayan evliliyi (FOTO)

Qaydasız döyüş üzrə dünya çempionu Zaurbek Sidakovun Mədinə Plieva ilə qalmaqallı toy mərasimini yəqin xatırlayanlar var. Osetiyada toy günü gizlin videogörüntüləri ortaya çıxmış gəlini bəy toydan qovmuş, təhqir etmişdi. Bəyin ailəsi gəlinin onların namusuna xələl gətirdiyini düşünmüşdülər. 
Toya 500 qonaq dəvət olunmuşdu, onların bir çoxu məşhur simalar idilər. Toy iki gün davam edib. Birinci gün kəbin kəsilib, restoranda hədiyyələr qəbul edilib, ziyafət verilib.
Toyun ikinci günü çal-çağırı qorxunc bir hadisə susdurub. Zaurbek və onun qohum-əqrəbalarının telefonlarına gəlini şantaj edən videogörüntülər daxil olub. Hər kəs gəlinin eskort xidmətlər göstərdiyini düşünüb. Zaurbek videolara baxıb qəzəblə gəlinin saçından tutub, onu sürüyərək salondan bayıra çıxarıb. Niyyəti gəlini öldürmək olsa da, dostları ona bu dəliliyi etməyə imkan verməyiblər. Gəlin qovulub, toy yarımçıq qalıb, qonaqlar heyrət içində dağılışıblar.

Bəs Mədinənin sonrakı taleyi necə olub?ƏtraflıAds by 0Reklamınızı SmartBee ilə effektiv edin.Ads by 5Reklamınızı SmartBee ilə effektiv edin.
Toydan sonra gəlin intihara cəhd edib. Amma doğmaları onun qarşısını ala biliblər. Mədinəni Osetiyadan Moskvaya aparıblar. O, telefon nömrəsini dəyişib, sosial şəbəkələrdəki bütün hesablarını dondurub. 2020-ci ilin noyabr ayında Mədinə yenidən sosial şəbəkələrdə görünməyə başlayıb.
Bir çoxları hesab edir ki, ailəsinin maddi vəziyyəti yaxşı olduğuna görə Mədinənin eskortluqla məşğul olmasını iddia etmək absurd olardı. İddialara görə, qızın xoşbəxtliyinə bir milyarderin arvadı mane olub. O, Mədinənin əri ilə keçmiş sevgi romanının intiqamını belə alıb. Başqa bir versiyaya görə, Mədinənin keçmiş sevgilisi belə qaralama kampaniyası təşkil etməklə qızın səadətinə balta çalıb. 

Zaurbek isə özünü heç də pərt olmuş kimi göstərməyib. Baş tutmayan toydan sonra o idman karyerasında yeni uğurlara imza atıb. Rusiya və Olimpiya çempionu adlarını qazanıb.
Mədinədən Zauru soruşanda isə o bir cümlə ilə cavab verir: “O həmişə qalib idi və qalib olacaq”. Lent.az

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …