Ana səhifə / Dünya / Cemal Kaşıkçının yandırıldığı təndirin görüntüləri yayıldı – VİDEO

Cemal Kaşıkçının yandırıldığı təndirin görüntüləri yayıldı – VİDEO

Səudiyyə Ərəbistanının İstanbul konsulluğunda cinayətə qurban gedən jurnalist Cemal Kaşıkçının cəsədinin yandırıldığı təndirin görüntüləri ortaya çıxıb.

Unikal.org Türkiyə mətbutaına istinadən xəbər verir ki, “Al Jazeera” kanalının jurnalist Cemal Kaşıkçı haqqındakı “Cemal Kaşıkçının cəsədi haradadır?” adlı sənədli filmində  cinayətlə bağlı bir çox  məqamlara görüntülənib. Sənədli filmdə İstanbul polisinin də diqqətini çəkən bir məsələ olub. Belə ki, Kaşıkçının cansız bədəninin yandırıldığı konsolosun evindəki təndirin görüntüləri ilk dəfə yayılıb.

Diqqət çəkən məqamlardan biri məşhur restoranlardan biridnən 32 şiş çiy ət sifariş edilməsidir.

Bu görüntülərdən sonra həmin təndirdə növbəti odun  C.Kaşıkçı üçün yandırıldığı iddiaları ortaya atılıb. Həmin təndirin isinməsi 100 dərəcəyə qədərdir.

İstanbu polisinin əldə etdiyi məlumata görə, təndir cəsəd parçala ayrılmasından ən az 3 gün sonra yandırılıb.

53 dəqiqəlik sənədli filmdə cinayətlə əlaqəli bəzi foto və sənədlər, Səudiyyə sui-qəsd qrupunu hava limanında gözləyən pilotun görüntüsü, Kaşıkçının dublyorunu Sultanahmet bölgəsindən götürüb bir otelə apardığını söyləyən taksi sürücüsü və cinayəti araşdıran İstanbul polisinin xüsusi görüntüləri də var.

Həmçinin oxuyun

Sudanda prezident sarayı yanıb – VİDEO

Sudanın paytaxtı Hartum şəhərində yerləşən prezident sarayında güclü yanğın olub. Bu barədə TASS agentliyi məlumat …