Cem Yılmaz Deniz Göktaşın saxlanılmasına “səssiz etiraz” edib?
Türkiyənin tanınmış komediya ustası Cem Yılmaz 2010-cu ildən aktiv istifadə etdiyi və 13 milyon izləyicisi olan “ X” (keçmiş “Twitter”) sosial şəbəkəsindəki hesabında olan bütün paylaşımlarını heç bir açıqlama vermədən silib.
Yeniavaz.com “Sözcü”yə istinadla xəbər verir ki, sənətçinin bu qərarı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Nəşr yazır ki, Yılmazın hesabındakı bütün paylaşımlarını silməsi komediyaçı Deniz Göktaşın saxlanılması prosesi ilə eyni vaxta təsadüf etdiyindən, sosial media istifadəçiləri bu addımı “səssiz etiraz” kimi qiymətləndirirlər.
Lakin Cem Yılmaz məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
Digər tərəfdən, bəzi yerli mətbuat orqanları isə Cem Yılmazın sosial mediadakı paylaşımlarını bu hadisədən uzun müddət əvvəl sildiyini iddia ediblər.