Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Dünya / Cazibədar rus qadın polislər: “Kişilər bizi görəndə “məni həbs et” deyirlər – FOTOLAR

Cazibədar rus qadın polislər: “Kişilər bizi görəndə “məni həbs et” deyirlər – FOTOLAR

Bu qadınlar mükəmməl görünüşləri və gözəllikləri sayəsində model ola bilərdilər. Lakin onlar polis olmağı seçiblər.

Söhbət Rusiyanın son zamanlar sosial şəbəkələrdə gündəmi zəbt edən qadın polislərindən gedir. Rusiyalı qızlar boylarının hündürlüyü və cazibədarlığına görə dünyanın ən gözəl qızları arasında ön sıralarda yer alırlar.

Musavat.com sosial şəbəkələrdə minlərlə insan tərəfindən izlənilən rus qadın polisləri haqqında maraqlı məlumatları təqdim edir.

Снимок.JPG (48 KB)

Alisa Selezneva

Alisa Selezneva həmkarları arasında mükəmməl snayper olaraq bilinir. 8 ildir, xidmət edən Alisa polis olmağa qərar verəndə ailəsinin çox təəccübləndiyini deyir: “Polis olmağa qərar verəndə ailəm şoka düşmüşdü. Ailənin tək uşağı idim, müsiqiçi ailəsində böyümüşəm lakin indi qanunlara xidmət edirəm. Nənəm hələ də mənim polis olduğumu qəbul edə bilmir”.

Alisa polis olmaq istəyinin necə yarandığını da açıqlayıb. O, bir çox insanın uşaq vaxtı izlədiyi dünyaca məşhur “Komissar Reks” filmindən ilham alaraq polis olmağa qərar verdiyini deyib. Qadın polis hərdən bəzi kişilərin onlara “Mümkün olan ən qısa vaxtda məni həbs et” deyə sataşdıqlarını da deyir. Alisa bu hərəkətlərin qarşılığında dərhal onları həbs etdiyini və bundan peşiman olmadığını da açıqlayıb.

4.JPG (79 KB)

Yekaterina Salomeva

Yekaterina Salomevanın ailəsi qızlarının müəllimə olmasını istəyiblər. Lakin Yekaterina gənc yaşlarından karate idman növü ilə məşğul olmağa başlayıb.

Daha sonra Polis Akademiyasına qəbul olunaraq öz istəyini həyata keçirib. Gənc qadın polis anasının onun polis olmaması üçün sona qədər mübarizə apardığını deyir: “Anam mənimlə çox mübarizə apardı. Polis şöbəsində işləməyə icazə verməyəcəyini deyirdi. O, məni müəllimə olaraq görmək istəyirdi. Polis işinin ancaq kişiyə yaraşdığını deyirdi. Mən ondan gizlin imtahanlara hazırlaşdım və Polis Akademiyasına qəbul olundum”.

Yekaterina Salomeva hazırda polis rəisidir.

Qeyd edək ki, rus qadın polislər özləri üçün sosial şəbəkədə səhifə də yaradaraq orada fotolarını paylaşırlar. Alisa və Yekaterina kimi bir çox rusiyalı qadın polislərin fotoları bu səhifədə yer alır. Paylaşılan qadın polislərin fotoları minlərlə insan tərəfindən bəyənilir və müzakirə edilir.

Sözügedən rus qadın polislərin fotolarını sizlərə təqdim edirik:

 

Həmçinin oxuyun

İranın yüksək rütbəli zabiti İraqda öldürüldü – KİV

“RT Arabic” telekanalı İraqdakı mənbələrinə istinadən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirlərindən biri Müslüm …