Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / Çaxalyan Gürcüstan vətəndaşlığından məhrum edildi

Çaxalyan Gürcüstan vətəndaşlığından məhrum edildi

Erməni separatçı hərəkatının lideri Vaaqn Çaxalyan Gürcüstan vətəndaşlığından məhrum edilib.

Bu barədə Virtualaz.org-a Gürcüstan Baş Prokuroluğundan məlumat verilib.

Xatırladaq ki, oktyabrın 25-də “MTAVARI.TV” telekanalı Gürcüstanın Samtsxe-Cavaxetiya bölgəsinin Ermənistana birləşdirilməsini təbliğ etməklə tanınan Vaaqn Çaxalyanın işğal altında olan Qarabağda Azərbaycan Ordusunun əks-hücum əməliyyatı zamanı öldürüldüyünü bildirmişdi.

Gürcüstan Baş Prokurorluğundan isə Çaxalyanın Dağlıq Qarabağa getdikdən sonra taleyi barədə məlumatlarının olmadığı açıqlanıb.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …