Çərşənbə , Sentyabr 22 2021
Ana səhifə / Dünya / Cavad Zərif diplomatiya ilə vidalaşdı

Cavad Zərif diplomatiya ilə vidalaşdı

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif vida mesajını yayımlayıb.

Yenisabah.az xəbər verir ki, şəxsi “Instagram” səhifəsində yayımlanan video mesajda artıq sabiq XİN rəhbəri 40 illik diplomat karyerasına son qoyduğunu bildirib.

“Məni bağışlayın, amma milli maraqları qorumaq üçün həmişə istədiyim kimi danışa bilmirdim və hətta hərəkətlərimi müdafiə edə bilmirdim. Şəhadət verirəm ki, xarici siyasət sahəsində xidmət etdiyim 40 il ərzində mənim maraqlarımızdan başqa heç bir meyarım yox idi”.

Nazir həmçinin bütün çatışmazlıqlara görə xalqdan üzr istəyib və bağışlanmasını diləyib.

Cavad  Zəriif bundan sonra fəaliyyətini Tehran Universitetində davam etdirəcəyini bildirib.

Həmçinin oxuyun

Putin ermənini KTMT-yə nümayəndə təyin etdi

Rusiya Prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Mikael Ağasandyanı ölkəsinin Kollektiv …