Şənbə , Dekabr 4 2021
Ana səhifə / Dünya / Cənubi və Şimali Koreya liderləri tarixi sənəd imzalayıblar

Cənubi və Şimali Koreya liderləri tarixi sənəd imzalayıblar

Bu gün Koreya Respublikasının prezidenti Mun Çje İn və Şimali Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In birgə Bəyannamə imzalayıblar.

APA-nın xəbərinə görə, sənəd belə adlanır: “Sülh, inkişaf və Koreya yarımadasının birləşməsi haqqında Pxanmundjom Bəyannaməsi”.

Dövlət başçıları təsdiqləyiblər ki, hər iki ölkənin ümumi məqsədi Koreya yarımadasında denuklearizasiya, yəni nüvə tərksilahı aparmaqdır: “Cənub və Şimal Koreya yarımadasının denuklearizasiyası məsələsində beynəlxalq ictimaiyyətlə əməkdaşlıq üçün fəal səylər göstərmək barədə razılığa gəldilər”.

Bəyannamədə deyilir ki, Cənubi Koreya və KXDR bir-birinə qarşı düşmənçilik fəaliyyətlərini dayandırırlar: “Koreya yarımadasında bir daha heç vaxt müharibə olmayacaq, yeni sülh dönəmi başlayıb!”

Həmçinin oxuyun

800 minə yaxın əfqan uşağın sığınacaqlara ehtiyacı var

800 minə yaxın əfqan uşağın xəstəliyə və ya ölümə səbəb ola biləcək şaxtalarla üzləşdiyi üçün …