Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Dünya / “Bunu edə biləcək yeganə güc Ərdoğandır” – DUQİN

“Bunu edə biləcək yeganə güc Ərdoğandır” – DUQİN

Rusiya prezidenti Vladimir Putinin baş sözcüçü, “Beynəlxalq Avrasiya Hərəkatının” lideri Aleksandr Duqin Türkiyə mediasına müsahibə verib. Yaxın şərq xalqlarının identiklik böhranı yaşadığını vurğulayan Duqin Rusiya, İran və Türkiyənin parçalanmaya mane olacaq ittifaqı yaratdığına diqqət çəkib.  15 iyul qanlı çevriliş cəhdi və Ankara-Moskva dialoquna münasibətlə bağlı parlaq bəyanatlar verən Duqin “FETÖ məqsədinə çatsaydı, Türkiyə işğal ediləcəkdi” – deyib.
 
– Çox yaxın bir zamanda Ərbilə etdiyiniz səfərlə başlayaq.  Bu səfəri Rusiyanın Şimali İraqın müstəqillik referendumuna dəstək olaraq dəyərləndirə bilərikmi?
– Mən Yaxın Şərqin geosiyasəti ilə məşğul olan biriyəm. Bölgədə sülhə töhfə verən bütün faktorlarla görüşürəm. Əgər vəziyyətdən kənarda dursaq, İsrail və ya ABŞ qüvvələr kürdlərdən istifadə edəcəklər.
Onları manipulyasiya edərək Suriya, Türkiyə və İranı dağıdacaqlar. Ancaq eyni zamanda Kürdləri qorxutmaq lazımdır. Onlara hörmət etməliyik və Avrasiya layihəsinə daxil etməliyik. Kürd dövləti qurulsa ABŞ-ın əlinə buraxılmamalı. Onlar bunu bölgəni qarışdırmaq üçün istəyirlər. Hər hansı bir qrupu ABŞ-ın əlinə təslim etmək daha çox qana səbəb olacaqdır.
– Kürdlərin Avrasiya layihənin bir parçası olacağına inanırsınızmı?
– Bölgədəki ABŞ təsirini qırmalıyıq. Kürdlər bizim tərəfimizdə olmalıdır. Məsələn, Bərzani rəhbərliyi Türkiyəyə qarşı deyil. Ankara üçün problem terror qrupları, yəni PYD və PKK-dır. Xüsusilə bu dövrdə ABŞ diqqəti daha çox PYD-yə yönəltdi. Suriyanın şimalında altı dənə hərbi bazaları var, Rusiyanın və ya Türkiyənin söz sahibi olmasını istəmirlər.
– Yəni PYD ABŞ üçün təkcə sadə bir vasitədir?
– Kürdlər bölgədə dövlət sahibi olmaq istəyir. ABŞ da bu istəkdən öz maraqları üçün istifadə edir. Məncə, Ankaranın bölgədəki təsiri çox yüksəkdir. Rusiya bir başqa güc mərkəzidir. İranı da qata bilərik. Beləliklə, Kürd amilini qorxutmadan necə bir nəticə tapacağımıza diqqəti yönəltməliyik.
– Amma bir separatizm həqiqəti də var?
– Türkiyəni anlayıram. Bölgədə PKK-nın Suriya qolu olan PYD-nin hərəkətlərindən narahatlıq duyur. PYD Türkiyənin ərazi bütövlüyünü təhdid edir. Kürdlər kimliklərini bilmirlər. Türkiyə onlara bir kimlik, vəzifə verə bilər. Yaxın Şərqdə bunu edə biləcək yeganə güc prezident Ərdoğandır. Amma fərqli ideologiyaların toqquşması səbəbindən bu potensialını ortaya çıxartmır. Birlikdə hərəkət etməliyik, Rusiya və Türkiyə Atlantikçilərin Yaxın Şərqi bölməsinə yol verməməlidir.
İŞİD Suriyada kürdlərə ABŞ-ın dəstəyi ilə hücum edib
 
– Moskva və Ankara üçün İraq ilə Suriyanın ərazi bütövlüyü əvəzolunmaz prinsipdir. Ancaq bu, müstəqillik tələbləri ilə zidd olmurmu?
– Haqlısınız. Bu bir ziddiyyətdir. Bu problemi yaradan da terror təşkilatlarını istifadə edərək bölgədə stabilliyi pozmaq istəyən ABŞ-dır. Amma heç kim bu vəziyyətə bir anda gəlmədi. Kürdlərin də istifadə edilməsinin bir gizli planı var. Bağdad hökuməti onları yox saydı. İraqda və Suriyada İŞİD əli ilə qətlə yetirildilər.
ABŞ da İŞİD-i dəstəkləyərək buna yol verdi. Kürdlərin qucağına gələcəyini bilirdi. Artıq buradakı hakimiyyətlər mədəni, dini və etnik mənsubiyyətlərə heç bir şey vəd etmir. Beləliklə, problem əslində bu ölkələrdəki milli kimlik problemidir. Mən də Ərdoğanın tezisi ilə razıyam. Ərazi bütövlüyünü müdafiə etməliyik, amma belə bir vəziyyətdə, bu, texniki səviyyədə mümkün deyil. Bütövlüyü təmin edəcək bir ümid işığı verməliyik.
 
– “ABŞ Suriyada PYD-dən istifadə edir” – dediniz. Moskva da PYD-yə qayğısını əsirgəmədi. Afrində hələ də Rus bayraqları dalğalanır. Rusiyanın regionda PYD-yə yönəlik strategiyası nədir? ABŞ-dan fərqiniz nədir bu mənada?
– Rusiyanın mövqeyi Suriyadakı bütün qrupları bir arada tutmaqdır. Rusiyanın PYD-ni Türkiyəyə qarşı istifadə etmək niyyəti və məqsədi yoxdur. Türk strategiyasını başa düşürük, amma kürdləri ABŞ-ın əlində qoymaq olmaz. ABŞ həm Türkiyəyə, həm də Əsədə qarşı PYD-dən istifadə edir.
Türkmənlər, nusayrilər, kürdlər, sünni ərəblər bir araya gəlməlidir. Deyildiyi kimi, Kreml sünni ərəblərin hamısını günahlandırmır, ekstremizmə qarşı çıxır. Digər tərəfdən, Suriyalı kürdlər arasında da birlik ideyası çox geniş yayılıb. Dəməşqdə də ciddi sayda kürd əhali var. Ayrı-seçkilik tədbirlərinə getsələr, paytaxtda nə olacağını düşünməyə məcburdular.
– Sizcə, İranın son dövr tətbiq etmələri Moskvanın planları ilə uyğunlaşırmı? Aralıq dənizinə çatan bir dəhliz yaratmaq və bölgəni şiələşdirmək istəyirlər. Hətta qısa müddət əvvəl Haşdi Şabi sərhədi keçərək bölgəyə girdi.
– Məncə, şiələr Avrasiyaçılığın geosiyasi bir qoludur. Şiə sadəcə bir inancı təmsil etmir. Biz onları bir müttəfiq kimi görürük. Vəhhabi və sələfilərə qarşı güclü bir müttəfiqdir. Klassik sünni İslamla vəhhabi-sələfilik arasında böyük bir fərq var. Çünki bu ekstremist fikirləri şiə inkar edir, eynilə sufi İslam kimi ona da qarşıdır. Şiələr təkcə özləri üçün deyil, sünnilər üçün də mübarizə aparırlar.
Şiələr və sünnilər tərəfdaşlığa məhkumdur
Şiələrin sünniləri də müdafiə etdiyini söyləmək çox çətindir. Şiələr regionda İŞİD-dən intiqamı sünnilər üzərindən alır. Milislərin sünni mülki vətəndaşlara qarşı qətliamları ortadadır.
Məncə, Sünni İslama yönəlməliyik. Çünki sələfilik içinə sızmağa çalışır. Ərəb millətçiliyini istifadə edirlər. Ənənəvi sünni İslamı dəyişdirərək sələfiliyi  icra edirlər. ABŞ şiəni sekter olaraq göstərir. Bu doğru deyil. Əsrlər boyu sünnilər və şiələr sülh içərisində yaşayıblar.
Osmanlı İmperiyasını dağıdan qüvvə də vahabilik idi. İran ilə Türkiyə arasındakı rəqabəti anlayıram. Amma problemlər Osmanlıda deyildi. Rumi-Sufi ənənəsini düşünün. Bu ənənədə də şiələrdən təsirlər var. Regionda yeni bir güc tarazlığı yaratmalıyıq. Əgər sülh istəyiriksə, şiələr ilə sünnilərin tərəfdaşlığına məhkumuq.
15 iyulda PKK və İŞİD işğala başlayacaqdı 
– 15 iyuldan sonra sizin və ya Putinin o günün axşam saatlarında çevriliş xəbərini verdiyinizə dair şayiələr çıxdı. O gün Moskvanın Türkiyə lehinə bir rolu oldumu?
– Münasibətlərin yenidən inkişaf etməsinin ardından bir şey baş verəcəyini anladıq. Çevriliş cəhdinin amanı maraqlı idi. Ərdoğan kimi güclü bir adam var qarşınızda və bunu yıxmağa çalışırsınız, üstəlik, Rusiya-Türkiyə münasibətlərinin inkişaf etdiyi bir dövrdə. Bu son dərəcə məntiqli idi.
Ərbildə çox maraqlı bir şey öyrəndim. O zaman PKK-nın hazırlıqlarını tamamladığını söylədilər. Əvvəlcədən çevriliş xəbərini ABŞ-dan alıblar və Türkiyədə hakimiyyətin dəyişməsindən dərhal sonra ayağa qalxacaqları bir ssenari hazırlayıblar. Zərbənin uğurlu olduğunu və Ərdoğanın getdiyini düşünün. Çevriliş cəhdi PKK-nın da içərisində olduğu bir ABŞ ssenarisi idi.
– Bunu kim deyib? Hansı qruplardan bəhs edirsiniz?
– Məlumat mənbəyim geosiyasi mənzərənin fərqində olan biridir. Çevriliş cəhdi Türk dövlətini yıxmaq istəyirdi. Türkiyənin parçalanma layihəsinin bir qolu idi. Eynilə İraqdakı kimi. Bəlkə sonra bir işğal gələcək. Bir tərəfdə İŞİD, digər tərəfdən də PKK-nın hücum etdiyi parçalanmış bir Türkiyə. Liviyaya İraqa, Əfqanıstana baxın.
MKİ intiqam almaq üçün çalışacaq
 
– Yeni kitabınızda FETÖ-nun ömrünün bitdiyini və MKİ-nin yeni bir təşkilatla hücum edəcəyini deyirsiniz. Bir az bu fikirinizi açıqlayarsınızmı?
– Bu saatdan sonra qlobalistlərin Türkiyə haqqında müsbət bir ssenarisinin olması mümkün deyil. Ərdoğan FETÖ-nu təmizlədikdən sonra MKİ yeni vasitə tapmaq məcburiyyətindədir. İntiqam istəyəcək.
– ABŞ-da dəyişən rəhbərliyin, yeni prezident Trampın buna münasibəti necə olar?
– Tramp Amerikası fərqli bir mövqedədir. Tramp da təcrid edilib. O digərləri kimi qlobalist deyil, Ərdoğanla düşmənləri eynidir. Bunun fərqinə Tramp da varacaq.
– 16 aprel referendumunun və çıxan “Bəli” nəticəsinin prosesə bir təsiri olarmı?
– Atlantikçilər, ya da dərin Amerika Türkiyədə stabilliyi pozmaq üçün işləməyə davam edəcək. Bundan sonra Ərdoğana qarşı İŞİD və PKK kartlarını istifadə edəcəklər. Əlbəttə, Ərdoğan referendumu qazandıqdan sonra əli gücləndi. Bu Türkiyə üçün bir şansdır. Nəticə Türkiyənin xeyrinədir.
– Qlobalistlər necə bir Türkiyə istəyir? İŞİD ilə PKK kimi artıq hər kəsin bildiyi üsullarda qalırlar?
– Atlantikçilər, yəni qlobalistlər Türkiyədəki siyasi parçalanmaları da qaşıyacaq. Ərdoğanın islahatlarına qarşı çıxanlarla oynayacaqlar. Atlantikçi şəbəkə NATO-dan asılı bir Türkiyə istəyir. Bu gün Ərdoğanlı Türkiyə heç vaxt olmadığı qədər azaddır. Türk xalqı artıq yeni bir şəxsiyyətə sahibdir.
 Tramp ilə qlobalistlərin qarşısında dayanacağıq
 
– İyulun qanlı çevriliş cəhdi qlobal planda da bir qırılma yaratdımı? Prosesi necə oxuyursunuz?
– Bundan sonra ABŞ və qlobalistlərin qarşısında daha ciddi bir şəkildə dayanacağıq. Tramp da bunun bir parçasıdır. Bölgədə və dünyada yeni tarazlıqlar qoyulacaq. Mübarizədə kürəsəlçilərə qarşı olacağıq. Dialoq daha çox olacaq. Gerçəklik və fərqlilik daha dəyərlidir artıq. Fərqliliklərə hörmət edən bir yanaşma inkişaf etdirmədən yeni cədvəldə yer ala bilməzsiniz.
FETÖ-nun Andrey Karlov sui-qəsdinin məqsədini dərhal anladıq 
 
– Türkiyədə çox kədərli bir sui-qəsd oldu. Rus elçi Andrey Karlov bir FETÖ üzvü tərəfindən öldürüldü. FETÖ ilə mübarizədə Rusiya və Türkiyə necə birləşəcək?
– Əvvəla demək istəyirəm ki, Karlov sui-qəsdi böyük günahdı. Bu cinayət təkcə bizə deyil, Rusiya-Türkiyə əlaqələrinə qarşı da işləndi. Əgər Karlovun vəfatının ardından Kremldən gələn reaksiyaya baxsanız, vəziyyətin fərqində olduğumuzu görəcəksiniz.
İqtisadi və ya siyasi heç bir qərəzə yer vermədən, hədəfin kim olduğunu bilərək hərəkət etdik. Hisslərlə deyil, geosiyasi gündəliyə görə hərəkət etdik. Putin bunu geosiyasi bir cinayət olaraq gördü.
Diplomatik bir əmr verdi və tarazlıq güddü. Kədərli bir hadisə idi, ancaq Ərdoğan və Rusiyanı hədəf aldığını bilirdik. Çünki bu dəfə Ərdoğan və Putin vəziyyəti anladı. Rus təyyarəsinin vurulduğu zamankı xətaya düşülmədi. Geosiyasi prioritetlər daha vacib idi və hisslərin önünə keçməliydi. (Moderator.az)

Həmçinin oxuyun

İranın yüksək rütbəli zabiti İraqda öldürüldü – KİV

“RT Arabic” telekanalı İraqdakı mənbələrinə istinadən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirlərindən biri Müslüm …

Bir cavab yazın