Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Dünya / Bu üç ölkədə virus ŞİDDƏTLƏ YAYILIR: Bir gündə 2492 nəfər öldü

Bu üç ölkədə virus ŞİDDƏTLƏ YAYILIR: Bir gündə 2492 nəfər öldü

Son 24 saatda Braziliyada 1223, Meksikada 782, Hindistanda isə 487 nəfər ölüb.


Metbuat.az xəbər verir ki, dünyada virusa yoluxan və ölənlərin sayına görə ikinci olan Braziliyada ümumilikdə ölənlərin sayı 67 mini keçib, yoluxanların sayı isə son 24 saatda 44 min 571 nəfər artaraq 1 milyon 713 minə çatıb. Dünən edilən açıqlamaya görə, ölkə prezidenti Ceyr Bolsanaro da virusa yoluxub.


Eyni zamanda Meksikada virus şiddətlə artmaqdadır. Ölkədə virusdan ölənlərin sayı 32 min 796 olub. Yoluxanların sayı son bir sutkada 6 min 995 nəfər artaraq 275 min olub.


Hindistanda isə ölənlərin sayı 21 min 129, yoluxanların sayı isə 767 min 296 olub. Bununla da son bir gün ərzində təkcə 3 ölkədə virusdan ölənlərin sayı 2492 olub.

Həmçinin oxuyun

İran mediası Makronu şeytana bənzətdi- “Paris İblisi…”

Paytaxt Tehranda mühafizəkar bir qəzet olan “Vətən Emrooz” Fransa prezidenti Emmanuel Makronun İslam dininə qarşı …