Cümə , Oktyabr 30 2020
Ana səhifə / Dünya / Bu siyasi liderlər uşaq sahibi olmayıb

Bu siyasi liderlər uşaq sahibi olmayıb

“Yeni Müsavat” bu modeli seçən dünya liderlərinin siyahısını və onların bu seçiminin səbəbini yazır. Öncə siyahıya ötəri nəzər salaq:

Angela Merkel – Almaniya kansleri, 63 yaş, iki dəfə evlilik. Uşaqsız…

Emmanuel Makron – Fransa prezidenti, 39 yaş, evlidir və uşağı yoxdur.

Tereza Mey – Böyük Britaniyanın baş naziri, 60 yaş, 37 ildir evlidir və uşağı yoxdur.

Stefan Leven – İsveçin baş naziri, 59 yaşı var, 2003-cü ildən evlidir və uşağı yoxdur.

Paolo Centilione – İtaliya hökumətinin başçısı, 62 yaş, uşağı yoxdur.

Mark Ryutte – Niderland hökumətinin başçısı, 50 yaş, subay və uşaqsız.

Jan Klod Yunker – Avropa Komissiyasının sədri, 64 yaş, uşağı yoxdur.

Nikola Sterdcen – Şotlandiyanın baş naziri, uşağı yoxdur.

63 yaşlı Merkel ikinci dəfədir ki, ərdədir. 4 il davam edən birinci nikahında da, 30 ildir sürən ikinci nikahında da o, ana olmaq istəməyib. İndən belə ana olma şansları isə sıfıra bərabərdir. Bundan başqa, kansler özü müsahibələrindən birində şüurlu şəkildə valideyn olmaqdan imtina etdiyini deyib.

Uşaqla bağlı analoji mövqeyi Fransa prezidenti Emmanuel Makron da seçib. Cavan və ambisiyalı siyasətçi 39 yaşında ata olmaqdan imtina edib. Bunu da karyerasında yüksəlişə keçmək istəməsi ilə əlaqələndirib. Makron özündən 24 yaş böyük olan keçmiş müəlliməsi ilə evlidir. Cütlük Bricit Tronyenin birinci nikahından olan üç uşağı tərbiyə etməklə məşğuldur. Hiss olunur ki, bu cür düzən Makronu tamamən qane edir. Onun ailə quruluşu və sisteminə qeyri-adi yanaşması bəzi jurnalistlərin qara zarafatlarına da zaman-zaman tuş gəlib. Amma bu məsələdə heç nə etmək olmaz – sevgi hamıya, hər şeyə qalib gəlir.

Böyük Britaniyanın baş naziri Tereza Mey isə Almaniya kanslerindən bir az kiçikdir – 60 yaşı var. 60 yaşlı Mey 1980-ci ildən ərdədir. Bütün bu müddət ərzində cütlük uşaq sahibi olmaq barədə düşünməyib. Amma media orqanlarından birinə verdiyi müsahibədəbaş nazir uşağının olmamasına görə təəssüf hissi keçirdiyini demişdi.

Tereza Mey ile ilgili görsel sonucu

İsveçin 59 yaşlı baş naziri Stefan Leven 20 ildir öz arvadı ilə tanışdır, 2003-cü ildən bəri evlidirlər. Siyasətçinin xanımının birinci ərindən iki uşağı var. Amma cütlük hələ də ortaq uşaq barədə düşünmür və elə bir planları yoxdur.

İtaliya dövlətinin başçısı Paolo Centiloni cəmi bir dəfə evlənib. Amma 62 yaşına qədər öz soyadını davam etdirmək istəməyib. Onun Niderlanddan olan məsləkdaşı, 50 yaşlı Mark Rütte də subay və uşaqsızdır.

Avropanın üç aparıcı ölkəsinin lideri “uşağa yox” deyir

Belə məlum olur ki, Avropanın aparıcı üç ölkəsinə – Britaniya, Almaniya və Fransaya uşaqsız liderlər rəhbərlik edir. Axı məhz bu ölkələr dünyada Avropa ideologiyasını yaradıb və inkişaf etdiriblər. Həmin ideologiyanın əsasında humanizm, xristianlıq və insanlara, özəlliklə də uşaqlara sevgi prinsipləri dayanır. Hazırda isə bu dəyərləri tamamilə fərqliləri əvəzləyib: tolerantlıq, dözümlülük, təkcinsli sevgi, uşaqsız dünya submədəniyyəti.

Eynicinsli nikahlar demək olar ki, bütün Köhnə Avropada icazəlidir. Bu barədə ilk qanun layihəsini Niderlandda, 2003-cü ildə qəbul ediblər. 2003-cü ildə buna Belçika, 2005-ci ildə isə İspaniya, üstündən 4 il keçəndən sonra Norveç və İsveç, 2010-cu ildə Portuqaliya və İslandiya qoşulub. Bu ölkələrin ardınca Danimarka, Fransa və Lüksemburq da sözügedən qanunu qəbul edib. Böyük Britaniyada krallığın dörddə üçü sözügedən qanunu qəbul edib. İngiltərə və Uelsdə 2013-cü ildə, Şotlandiya isə 2014-cü ildə bu siyahıya qoşulub.

Sloveniyada qanun iki il öncə, Finlandiyada isə 2014-ci ildə. Finlandiya bu məsələdə xüsusi vurğulanmağı tələb edir. Hər nə qədər qəribə görünsə də, Finlandiyanın bu siyahıda olması anlaşılandır. Çünki Finlandiyada yaxın keçmişdə zoofiliyaya icazə verilmişdi.

Psixoloqlar rəy verir – onlar niyə valideyn olmaq istəmirlər?

Belə bir fonda qoca Avropada “çayld free” (uşaqdan azad) ideologiyası məsum bir məşğuliyyət sayılır. Amma bununla yanaşı, klassik avropalıların uşaq dünyaya gətirmək istəməməsi onların yerini bu torpaqlarda yaşayıb çoxalmaq istəyən mühacirlərə açmaları ilə nəticələnə bilər.

Avropalı psixoloq Alena Al-As o fakta diqqət çəkir ki, müasir Avropada uşaqdan imtina ideyası olduqca geniş yayılıb. “Tarixin heç bir dönəmində bu qədər uşaqsız lider, siyasətçi olmayıb. Hər nə qədər onların uşaqları yoxdursa, öz kontinentinin gələcəyi barədə narahat olmağa da əsasları yoxdur. Yaxın gələcəkdəki perspektivdə uşaqsızlıq özü ilə bərabər bir yüngüllük gətirir. Bu da büdcə vəsaitlərini ailələrə sərf etməmək üçün bir fürsətdir”.

Britaniyalı yazıçı-jurnalist Duqlas Mürrer isə yazıb ki, Avropa öz həyatını intiharla bitirir. “Ya da ən pis halda onun rəhbərliyində dayananlar öz həyatlarını intiharla yekunlaşdırmaq istəyirlər”. Dünyanın milli araşdırmalar institutunun nəticələrinə əsasən, 1970-ci illərdə dünyaya gələn avropalı qadınların dörddə biri uşaqsız qalır. Onların liderləri də bu mənada onlardan heç nə ilə fərqlənmirlər.

Məhz bu səbəbdən Türkiyə prezidenti Ərdoğan ölkəsindəki ailələrə müraciət edərək, minimum 4 uşaq sahibi olmalarını məsləhət görnüşdü. Avropalı psixoloqlar hesab edir ki, Ərdoğanın bu çağırışı əslində Avropanı üstələmək, fəth etmək mənasında edilib.

hitler ile ilgili görsel sonucu

Ortaya çıxan suallardan biri də budur: adını sadaladığımız liderlər tamamilə təsadüfdən uşaqdan imtina etmiş ola bilərlərmi?

Analitiklər təsadüf versiyasını yaxına buraxmırlar. Onların fikrincə, bu, bəşəriyyətə olan inamsızlığın, yaradıcılığın faydasızlığı ilə bağlı yaranmış fikirlərin möhkəmlənməsidir. Bundan başqa, qloballaşmanın da burda payı var: insan nəyəsə, kiməsə, ailəyə, dövlətə, mədəniyyətə bağlı olmayanda daha azad olur.

Avropa İttifaqı tərəfindən maliyyələşən yeni hesabat “Uşaq yoxdur, problem yoxdur” nəticəsində üzə çıxıb ki, şəxsi və mədəni faktorlar Avropada könüllü uşaqsızlıq ənənəsini stimullaşdırır. Avropalılar son illər uşaqsızlığın problemsizlik olması barədə fikirləri daha çox qəbul edirlər.

Statistika mütəxəssislərinin fikrincə, Angela Merkelin uşaqsız olması simptomatikdir və doğma ölkəsindəki situasiyanı əks etdirir. Alman qadınların üçdə biri dünyaya uşaq gətirməyib. Bu da 40 faizə yaxın rəqəm deməkdir. Ölkənin müdafiə naziri Ursula fon der Lyayen deyib ki, əgər ölkədə təbii artım olmasa, o, tamamən öz mövcudluğunu itirə bilər.

İngiltərədə 1940-cı ildə doğulmuş hər doqquz qadından biri 45 yaşında uşaq sahibi olmayıb. 1967-ci ildə doğulanlara gəlincə, burda hər beş qadından birindən söhbət gedə bilər. Kainatın inkişafı üçün hər qadının öhdəsinə 2,1 uşaq düşməlidir. Amma Avropadakı heç bir millət bu göstəriciyə uyğun deyil.

Türkiyədə uşaq sahibi olmayan siyasətçilər də az olmayıb. Ölkəyə rəhbərlik edən Mustafa Kamal Atatürk, Süleyman Dəmirəl, Bülent Ecevit, Ərdal İnönü, habelə MHP rəhbəri Dövlət Baxçalı da bu kateqoriyadandır.

Hitlerin uşağı – illərdir mübahisə mövzusudur

Dünya tarixində  də uşaq sahibi olmayan siyasətçilər az olmayıb. Bunlardan biri də Adolf Hitler olub – baxmayaraq ki, onun nikahdan kənar doğulan uşağı barədə zaman-zaman mediada yazılar gedib. Hitlerin fransalı rəqqasədən qanundan kənar oğlunun dünyaya gəldiyi məlum olub. Fransalı Jan Mari Lore 1977-ci ildə özünü Hitlerin oğlu elan edir. Onun anası Şarlot Lobjua 30-cu illərdə Parisə gələrək, professional rəqqasəliklə məşğul olub.

Babası və nənəsi tərəfindən tərbiyə olunan Jan Mari sonralar tanınmış sahibkara çevrilir. Anası ölüm ayağında olarkən ona Hitlerin oğlu olduğunu bildirir. Belçikalı jurnalist Jan Pol Malder Jan Maridən qan götürərək DNK testi etdirsə də, onun Hitlerlə heç bir əlaqəsinin olmadığı ortaya çıxıb.

Adolf Hitlerin Amerikanın Nyu-York şəhərində yaşayan qardaşı uşaqları ilginc qərar veriblər. Onlar əsla dünyaya uşaq gətirməyəcəklərini bəyan etməklə nəsillərinin kəsildiyini deyiblər. Almaniyanın “Bild” qəzeti xəbər verir ki, Long İslandda yaşayan Brayn (42 yaş) və Luis Styuard Hyuston (62 yaş) qardaşları ilə danışıb açıqlama almağa nail olub. Adolf Hitlerin ögey qardaşı (atası Aloisin ikinci nikahından dünyaya gələn oğlu) Alois Cunior daha öncə bu soy ağacını davam etdirirmiş. Amma Brayn və Luis Styuartın “uşaq istəmirik” qərarından sonra nəslin kökü kəsiləcək. Qardaşlar bu qərarı emosiya ilə yox, məntiqlə verdiklərini deyib. Onlar Hitler nəslinin davam etməsini istəmədiklərini bildirib…

Həmçinin oxuyun

Dünyada koronavirusa yoluxanların sayı 45 milyon nəfəri ötdü

Dünyada COVID-19-a yoluxma hallarının sayı 45 milyonu keçib. Bu barədə “Report” ayrı-ayrı ölkələrin statistikasına istinadən …