Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Dünya / Bu şirkətin ləğv olunması nəticəsində 135 min şəxs işsiz qala bilər

Bu şirkətin ləğv olunması nəticəsində 135 min şəxs işsiz qala bilər

Koronavirus pandemiyası dünyada əksər şirkətlərə böyük ölçüdə ziyan vurub. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, “Airbus” hava yolları şirkəti də bu səbəbdən böyük zərərə uğrayıb və hazırda ləğv olma təhlükəsi ilə üz-üzə qalıb.
Şirkətin baş direktoru Gilyom Faurinin əməkdaşlarına ünvanladığı məktubda qeyd edilib:

“Biz nağd pulları sürətlə itiririk və bu da şirkətimizin mövcudluğu üçün təhlükə yaradır. İndi biz nağd pul itkilərimizi azaltmaq, maliyyə tarazlığını bərpa etmək və nəticə olaraq taleyimizə nəzarəti yenidən ələ almaq üçün təcili addımlar atmalıyıq”

Qeyd edək ki, “Airbus” şirkətinin ləğv olunması nəticəsində 135 min şəxs işsiz qala bilər.

Həmçinin oxuyun

Çaxalyan Gürcüstan vətəndaşlığından məhrum edildi

Erməni separatçı hərəkatının lideri Vaaqn Çaxalyan Gürcüstan vətəndaşlığından məhrum edilib. Bu barədə Virtualaz.org-a Gürcüstan Baş …