Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Dünya / Bu ölkədə “Bozqurd” işarəsi qadağan edildi

Bu ölkədə “Bozqurd” işarəsi qadağan edildi

Avstriyada 2018-ci ilin dekabrında parlamentdə qəbul edilən “Simvol qanunu” bu gündən etibarən qüvvəyə minib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, radikalçılıq və siyasi islamla mübarizə tədbirləri çərçivəsində qəbul edilən qanuna görə bir çox simvolların göstərilməsi qadağan olunur.
Qadağan olunmuş simvollar içərisində “Bozqurd” işarəsi də var.
Qanunvericiliyə əsasən bu soimvolları nümayiş etdirən şəxslər 4 min avro məbləğində cərimələnəcək və ya 1 ay müddətinə azadlıqdan məhrum ediləcəklər. Qanunu ikinci dəfə pozanları isə 10 min avro məbləğində cərimə və ya 6 həftə həbs gözləyir.
Türkiyə Xarici İşlər Nazirliyi isə Avstriya Parlamentinin qəbul etdiyi “Simvol qanunu”na sərt reaksiya verib. Nazilik açıqlamasında bunun qəbuledilməz olduğunu və şiddətlə qınadıqlarını bildirib.

Həmçinin oxuyun

Ermənistan prezidenti Brüsselə gedib

Ermənistan prezidenti Armen Sarkisyan Brüsselə yola düşüb. Bu barədə TASS xəbər verir. Səfər zamanı Dağlıq …