Ana səhifə / Dünya / Bu ölkə bütün artilleriyasını Ukraynaya VERDİ

Bu ölkə bütün artilleriyasını Ukraynaya VERDİ

Danimarka silahlı qüvvələri bütün artilleriyasını Ukraynaya təhvil verib.

Musavat.com “Jyllands-Posten” qəzetinə istinadən xəbər verir ki, bunu Danimarkanın baş naziri Mette Frederiksen Münhen Təhlükəsizlik Konfransında deyib.

2452818.4be5a9e73bc8728865771148.jpg (115 KB)

“Danimarka tərəfində biz bütün artilleriyamızı təhvil vermişik, amma hələ də Avropada anbarlarda döyüş sursatları var”, – o deyib.

Baş nazir müharibənin başlamasının ikinci ildönümündə Ukraynaya hərbi ləvazimatların çatdırılmasına çağırıb. Söhbət döyüş sursatı, artilleriya, uzaqmənzilli raketlər, pilotsuz təyyarələr, F-16 qırıcılarından gedir.

Mette Frederiksen vurğulayıb ki, qısa müddətdə Avropa İttifaqı Ukraynaya ehtiyacı olanı verməli, uzunmüddətli perspektivdə isə Ukrayna Aİ və NATO-nun müdafiə alyansına qəbul edilməlidir.

Həmçinin oxuyun

ABŞ Nümayəndələr Palatası Ukraynaya hərbi yardımı təsdiqləyib

ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya yardım üçün 61 milyard dolların ayrılmasını təsdiqləyib. Dondurulmuş Rusiya aktivlərinin …