Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Dünya / Bu kənddə hamı villada yaşayır, sakinlərə pulsuz maşın verilir – FOTO

Bu kənddə hamı villada yaşayır, sakinlərə pulsuz maşın verilir – FOTO

Çinin ən zəngin kəndi Huaxidir. Orada hər ailənin maddi durumu, yaşayış səviyyəsi olduqca yüksəkdir. 

Beləki, kəndi il ərzində 2 milyondan çox turist ziyarət edir. Orada bir-birinin ardınca inşa edilən dəbdəbəli villalar göz oxşayır.

Huaxi kənddən çox milyonçular məhəlləsinə bənzəyir. Zəngin keçmişə malik olan kəndin tarixi abidələri turistlərin xüsusilə diqqətini cəlb edir.

Kəndin gəlirləri sakinlər arasında bölüşdürülür. Hətta keçən il gəlir çox olduğundan hər ailə üçün minik avtomobili alınıb. Huaxinin əsas gəlir mənbəyi sənayə və tekstil sahələridir.

Bundan əlavə, kəndin özünə məxsus iki helikopteri və turistləri gəzdirmək üçün iki böyük gəmisi var. Hazırda Huaxidə pulsuz səhiyyə və təhsil xidmətləri, bahalı maşınları, villaları, hətta banklarda minimum 250 min dolları olan 2 min ailə yaşayır. Lakin orada qanunlara əməl etmək olduqca vacibdir.

Qumar və narkotikdən istifadə qəti qadağandır, internet klub, bar, diskoteka isə yoxdur. Kənddən çıxanda sakinlərə özləri isə nəisə aparmağa icazə verilmir. Huaxidə yaşamaq, pulsuz xidmətlərdən istifadə etmək istəyənlər həftənin 7 günü fabriklərdə işləməyə məcburdurlar. (Azvision.az )

Həmçinin oxuyun

Bayden Trampın qərarlarını ləğv etdi: Müsəlman ölkələrinə qadağa qaldırıldı

ABŞ-ın 46-cı prezidenti seçilən Co Bayden hakimiyyətinin ilk günündən özündən əvvəlki dövlət başçısı Donald Trampın …