Ana səhifə / Dünya / “Bu iş tarix kitablarına düşəcək” – Koçaryan hakim qarşısında

“Bu iş tarix kitablarına düşəcək” – Koçaryan hakim qarşısında

Ermənistanın həbsdə olan keçmiş prezidenti Robert Koçaryan ona qarşı açılan cinayət işini ölkə tarixində ən biabırçı hadisə adlandırıb.

Erməni KİV-ləri xəbər verir ki, bu gün keçirilən məhkəmə prosesində çıxış edən Koçaryan hesab edir ki, barəsində açılan cinayət işi siyasi sifarişdir.”Məndə belə bir təəssürat var ki, bu işin təşəbbüskarları bütün mümkün qanun pozuntularına yol veriblər. Onlar heç bir pozuntunu qaçırmayıblar”.

Koçaryanın sözlərinə görə, bu, Ermənistan tarixində “ən biabırçı” cinayət işidir: “Bu iş tarix kitablarına düşəcək. O, özünün müsbət və mənfi qəhrəmanlarını ayırd edəcək. Orada mənfi qəhrəmanın kimliyi ilə bağl məndə şübhə yoxdur. Siz bu tarixdə daha bir səhifə yazan adamsınız. Bu səhifənin necə olması sizdən asılıdır” , – deyə Koçaryan hakim Anna Danibekyana müraciətində qeyd edib. Azvision.az

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …