Ana səhifə / Dünya / Bu gün Avropada istilik rekordu qırılacaq: 50 dərəcə

Bu gün Avropada istilik rekordu qırılacaq: 50 dərəcə

Bu gün Pireney yarımadasında temperaturun 50 dərəcəyə qədər qalxması gözlənilir.
Bütün Avropanı cənginə almış Afrikadan gələn hava kütlələri istiliyin Portuqaliya və İspaniyada rekord həddə çatmasına səbəb olacaq. İspaniyanın Mursiya ərazisində 48 və 78 yaşlı 2 nəfər artıq hava şəraitinə görə dünyasını dəyişib.
Avropa qitəsində yüksək temperatura görə tədbirlər alınıb. Fransada yerləşən “Fessenheim” AES-də istehsal azaldılıb, zooparklarda qorillalara dondurulmuş qidalar verilir. İsveçrədə əsgərlərə şort və mayka geyinməyə icazə verilib.
Qeyd edək ki, bu günə qədər Avropada rekord temperatur 1977-ci ildə Yunanıstanın paytaxtı Afinada müşahidə edilib və istilik 48 dərəcəyə çatıb.

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …