Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Dünya / Bu gecədən Türkiyənin 247 yaşayış məntəqəsində karantin rejimi ləğv olunur

Bu gecədən Türkiyənin 247 yaşayış məntəqəsində karantin rejimi ləğv olunur

Türkiyənin 54 vilayəti üzrə 247 yaşayış məntəqəsində xüsusi karantin rejimi ləğv edilib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib.

Açıqlamada, həmçinin, qeyd olunub ki, yeni növ koronovirusla (COVID-19) mübarizə tədbirləri ilə əlaqədar aprelin 30-dan qüvvədə olan evdən çıxma qadağası bu gecə 00:00-da başa çatacaq.

Qeyd edək ki, Türkiyədə aprelin 30-dan bəri bu günədək karantin rejiminə əməl etməyən 27 min 828 nəfər cəzalanıb.

Həmçinin oxuyun

“Paşinyan da bunu başa düşür” – Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Cənubi Qafqaz regionunda yeni nizam yaradılır və Ermənistanın …