Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Dünya / Bu da Rusiyanın yeni Baş Naziri

Bu da Rusiyanın yeni Baş Naziri

Rusiya Dövlət Dumasının deputatları Mixail Mişustinin Baş Nazir vəzifəsinə namizədliyini təsdiqləyiblər.

“Qafqazinfo” xəbər verir ki, 383 nəfər onun lehinə səs verib, 41 nəfər bitərəf qalıb. Əleyhinə isə səs verən olmayıb.

Səsvermədə Konstitusiyaya dəyişiklik təkliflərini hazırlamaq üçün işçi qrupun iclasında iştirak etdikləri üçün 12 deputatın olmadığı qeyd olunur.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin yanvarın 15-də Dmitri Medvedevin rəhbərlik etdiyi hökuməti istefaya göndərib. Görülən işlərə görə Medvedevlə komandasına təşəkkür edib və yeni bir kabinet formalaşana qədər vəzifələrini yerinə yetirməyi tapşırıb.

Dmitri Medvedev hökumətin istefasını elan etdikdən sonra vəzifə boş qalıb. Putinin təşəbbüsü ilə o, Prezidentin başçılıq etdiyi Təhlükəsizlik Şurası sədrinin müavini vəzifəsini icra edəcək.

***

Rusiya Prezidenti Vladimir Putin Mixail Mişustinin Baş Nazir vəzifəsinə təyin edilməsi haqqında sərəncam imzalayıb.

“Rusiya Federasiyası Konstitusiyasının 83-cü maddəsinin “a” bəndinə uyğun olaraq Mişustin Mixail Vladimiroviç Rusiya Federasiyası Hökumətinin sədri təyin edilsin”, – deyə sənədin mətnində deyilir.

Fərman imzalandığı gündən qüvvəyə minir.

Həmçinin oxuyun

“Bu faciəyə səbəb olan hökumət getməlidir” – Armen Sarkisyan

“Belə böyük faciənin baş verdiyi hər bir ölkədə yalnız bir həll yolu var: buna səbəb …