Ana səhifə / Dünya / “Bu adamın gözlərinə baxmaq mənə maraqlı deyil” – Zelenski Lavrovdan danışdı

“Bu adamın gözlərinə baxmaq mənə maraqlı deyil” – Zelenski Lavrovdan danışdı

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya xarici işlər naziri Sergey Lavrov barəsində danışıb.

Pravda.az UNİAN-a istinadən verdiyi xəbərə görə, Zelenski bildirib ki, Lavrovun gözlərinin içinə baxmaq onun üçün maraqlı deyil.

“Lavrov… İnsanın üzünə həmişə həyatı, yolu və sonu yazılır. Bu adamın gözlərinə baxmaq mənə maraqlı deyil” – Zelenski deyib.

O, Lavrovu ilk dəfə ABŞ-da Donald Trampın ABŞ prezidenti olduğu zaman gördüyünü deyib: “Mən Lavrova Rusiyanın Ukrayna ərazisini azad etməsini və ölkələr arasındakı münasibətlərin 10 il əvvəlki vəziyyətinə qayıtmasını istədiyimi dedim. “Sizinlə razıyam” dedi. Lakin bu gün gördüyünüz kimi, bu insanları dünya maraqlandırmır, onları ancaq yol maraqlandırır. Bu yol isə qanlı yoldur. Onlardan sonra nə olacağı bu insanlara maraqlı deyil… Onları həm də maliyyə yolu maraqlandırır.  Amma onlardan sonra mütləq olacaq”.

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …