Bazar , Oktyabr 25 2020
Ana səhifə / Dünya / Brüsseldə Ümummilli Lider Heydər Əliyevin 96 illiyinə həsr edilmiş anım mərasimi keçirilib

Brüsseldə Ümummilli Lider Heydər Əliyevin 96 illiyinə həsr edilmiş anım mərasimi keçirilib


10 may 2019-cu il tarixində Brüssel şəhərində Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyi, NATO Yanında Nümayəndəliyi və yerli diaspora təşkilatlarının iştirakı ilə Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin 96 illiyinə həsr olunmuş anım mərasimi keçirilib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfiri Fuad İsgəndərov Ulu Öndər Heydər Əliyevin keçdiyi şərəfli ömür yolunu xatırladaraq, məhz onun uzaqgörənliyi, iradəsi və əvəzsiz siyasi strategiyası sayəsində Azərbaycan Respublikasının bu gün dünya ölkələri tərəfindən etibarlı tərəfdaş kimi qəbul edildiyini bildirib, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Səfir Fuad İsgəndərov Ulu Öndərin müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərin ölkəmizin yenicə əldə etdiyi müstəqilliyinin möhkəmləndirilməsi və Azərbaycan Respublikasının hərtərəfli inkişaf konsepsiyasının işlənib hazırlanması baxımından ən yeni tariximizə qızıl hərflərlə həkk olunduğunu diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyinin başçısı Qaya Məmmədov Ulu Öndərin Azərbaycan xalqı qarşısında xidmətlərinin heç bir zaman unudulmayacağını vurğulayaraq, Heydər Əliyevin əziz xatirəsinin hər bir azərbaycanlının qəlbində daim yaşayacağını qeyd edib.

Şəlalə CƏSUR

Həmçinin oxuyun

Ankaradan Qahirəyə sərt reaksiya: “Misirin vəzifəsi terrora xidmət etmək deyil”

Suriyada terrorla mübarizədə şəhidlər verən, 4 milyona yaxın suriyalı miqranta qucaq açan Türkiyəyə qarşı bu …