Cümə axşamı , İyun 20 2019
Ana səhifə / Dünya / Britaniyalılar Aİ-dən çıxmaq istəmirlər

Britaniyalılar Aİ-dən çıxmaq istəmirlər

Əgər “Brexit” üzrə ikinci dəfə referendum keçirilsə, Böyük Britaniya əhalisinin 50 faizindən çoxu Avropa İttifaqından (Aİ) çıxmağın əleyhinə səs verəcəklər.
Britaniyanın sosial tədqiqatlar üzrə milli mərkəzinin (NatCen) keçirdiyi yeni sorğunun nəticələri bu cür qənaətə gəlməyə əsas verir.

Sorğunun nəticələrinə əsasən, hazırda britaniyalıların 52%-i Aİ-nın tərkibində qalmağa üstünlük verir, 48%-i isə “Brexit”i dəstəkləyir.

Mərkəzin baş elmi işçisi Con Kertiç bildirib ki, bu ilin əvvəlindən etibarən britaniyalıların “Brexit”lə bağlı mövqeyində cüzi dəyişiklik hiss olunur. Lakin bu, əgər ikinci dəfə referendum keçirilərsə, nəticələrin Aİ-nı tərk etmək istəməyənlərin xeyrinə dəyişəcəyinə zəmanət vermir. Həmçinin, iki il əvvəl səsvermədə iştirak etməyənlərin mövqeyindən də çox şey asılıdır.

Qeyd edək ki, “Brexit” üzrə referendum 2016-cı ilin iyununda keçirilib və əhalinin 51,9 faizi Böyük Britaniyanın Aİ-dan çıxmasının lehinə səs verib. “Brexit” prosesi rəsmən 2019-cu lin 29 martında başa çatacaq və Britaniya ilə Aİ 2020-ci ilin 31 dekabrınadək keçid dövrünə qədəm qoyacaq.

Həmçinin oxuyun

Bəy-gəlin toya dinozavr qiyafəsində gəldi – VİDEO

Ukraynanın Lvov şəhərində kuryoz bir nikah mərasimi baş tutub. Bəy və gəlin qeydiyyat ş Ukraynanın …